"Simurq" "Sumqayıt"ı yoldaşlıq görüşündə məğlub etdi

13.10.2013 | 4961 dəfə oxunub

Azərbaycan Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar "Simurq" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni tikilmiş meydançada "Sumqayıt"la yoldaşlıq görüşü keçirib. Stadium.az xəbər verir ki, ilk hissəsi qolsuz heç-heçə ilə bitən görüşün sonunda sevinən tərəf Zaqatala təmsilçisi olub. "Sarı-qaralar"ın qollarını Nicat Qurbanov və İdan Vaitzman vurub.

Növbəti turda "Xəzər Lənkəran"la qarşılaşacaq "Simurq" üçün bu görüşdə start heyəti müəyyənləşdirmək məşqçilər korpusunun başlıca məqsədlərindən biri idi. Çünki cəzalı və zədəli futbolçuların çoxluğu baş məşqçi Georgi Çixradzeni düşündürən məsələlərdən biri idi. Gürcü mütəxəssis bu görüşdə əvəzedici heyətdən də bir neçə futbolçuya şans tanımışdı.

İlk hissədə ev sahibi "Simurq"un qapısı ağzında daha çox təhlükəli qol vəziyyətləri yaratsa da, təcrübəli qapıçı Pavel Kapsanın ustalığına söz ola bilməzdi. Dəqiqələr ötdükcə isə artıq "Simurq" oyunda üstünlüyü ələ alır və xüsusən cinahlardan Orxan Səfiyaroğlunun, Nicat Qurbanovun keçidləri rəqib müdafiəsinə çətin anlar yaşadırdı. Ancaq buna baxmayaraq komandalardan heç biri fasiləyə qədər hesabı açmağın yolunu tapa bilmədilər.

İkinci hissədə isə azərkeşlər üç qolun şahidi oldu. Hissə başlayar-başlamaz Nicat Qurbanov tək başına rəqibin müdafiə xəttini yararaq qapıya endirdiyi zərbə ilə hesabı açdı. Gənc futbolçu bundan sonrada bir neçə dəfə hesabı artırmaq üçün şansları olsa da, bu imkanlardan yararlana bilmədi. Onun əvəzində isə israilli müdafiəçi İdan Vaitzman komandasının ikinci qolunu vurdu. Daha sonra Georgi Çixradze gənclərə üstünlük verdi. Əvəzedici heyətdə forma geyinən qapıçı Rəşad Əzizli, yarimmüdafiəçilər Ruslan Getman, Cavad Kazımov, Sahib Abbasov və hücumçu Ziyabil Məmmədov özlərin göstərmək üçün şans əldə etdilər. Hətta bir neçə vəziyyətdə hesabı artırmaq üşün gözəl imkan yaratsalar da, bunlardan yararlana bilmədilər. Əvəzində isə oyunun son dəqiqələrində ev sahibi fərqi minimuma endirərərək, görüşün nəticəsini müəyyənləşdirdi. Qarşılaşma "Simurq"un 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Bu oyundan sonra məşqçilər korpusu gərgin məşqlərə ara verərək yetirmələrinə bir günlük istirahət verib. Yeni həftənin ilk günündən isə "Xəzər Lənkəran"la görüşün hazırlıqlarına qalan yerdən davam ediləcək.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail