Sebahettin Tekin: "Hər zaman "Qarabağ"ın azarkeşi olaraq qalacam"
"Qarabağ"ın aşağı yaş qruplarının idari sistemində dəyişiklik baş verib. Stadium.az xəbər verir ki, "Qarabağ" aşağı yaş qruplarının texniki koordintoru Sebahettin Tekin işindən ayrılıb. Türkiyəli mütəxəssis 2 il aşağı yaş qruplarında futbolçu yetişdirilmə işinə nəzarət edirdi. Sebahettin hoca ailə zəminində yaranmış problemlərlə əlaqədar olaraq klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib. Klub rəhbərliyi durumu anlayışla qəbul edərək Tekinin ərizəsini qəbul edib. Sebahettin bəy gedişi ilə bağlı Ağdam klubunun rəsmi internet saytına danışıb: "2 ildir "Qarabağ"da çalışıram. Həqiqətən, burda unudulmayacaq vaxtlar keçirmişəm. 2 il boyunca "Qarabağ"a şərəf və sevgiylə xidmət etdik. "Qarabağ"ın özəl bir klub olduğunu anlamaq üçün burda 1 gün keçirmək belə kifayətdir. İnanıram ki, "Qarabağ"ın uşaq futbolunun inkişafı üçün nələrsə etməyi bacarmışam. "Qarabağ"da rəhbərlikdən tutmuş ən sıravi işçiyə kimi hər kəs işinə sevgi və məsuliyyətlə yanaşır. Rəhbərlik uğur qazanmaq üçün lazım olan hər bir şeyi etməyə çalışır. Burda olduğum müddətdə ancaq xoş xatirələrim yadımda qalıb. Təəssüf ki, ailəvi səbəblərdən dolayı ayrılmaq məcburiyyətində qaldım. Sağ olsun, məni anlayışla qarşıladılar. Düzdü, artıq buranı tərk edirəm amma hər zaman "Qarabağ"ın azarkeşi olaraq qalacam. "Qarabağ"a hər zaman uğurlar arzulayıram".
Xatırladaq ki, Tekinin postundan ayrılacağı barədə xəbəri ilk dəfə məhz Stadium.az saytı yazmışdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |