“Rəvan” Şahin Diniyevlə ilk məşqinə çıxdı

09.10.2013 | 4552 dəfə oxunub

"Rəvan” bu gün yenidən məşqləri bərpa edib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın 9-cu turunda "Xəzər Lənkəran”la keçirilən oyundan sonra 4 günlük istirahətə buraxılan futbolçular yenidən bir araya gəlib. "Dalğa Arena”da keçirilən məşq həm də komandanın yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçdiyi ilk hazırlıq olub. Məşqdən əvvəl isə yeni baş məşqçi komandaya təqdim olunub. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev və idman direktoru Füzuli Əliyevin də iştirak etdiyi tədbirdə Diniyev futbolçulara öz oyun konsepsiyasını izah edib və yetirmələri ilə səmimi söhbət edib.

Məşqə gəlincə, hazırlıq təxminən 1 saat davam etdi. Məşqdə Elvin Həsənəliyev və Aqil Nəbiyev fərdi proqram əsasında çalışdısa, qalan bütün futbolçular komanda şəklində hazırlaşdı. Yalnız zədə üzündən ili başa vuran Tofiq Mikayılovla Tacikistan yığmasının düşərgəsində olan Sohib Savankulov Diniyevin ilk məşqinə qatılmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail