İtaliyalı məşqçi: "Mançini İstanbula yollanmasaydı..."

09.10.2013 | 3624 dəfə oxunub

İtaliyalı məşqçi Edoardo Reja maraqlı açıqlama verib. Stadium.az xəbər verir ki, Reja bir müddət əvvəl "Qalatasaray"ın maraq dairəsində olduğunu qeyd edib: "Qalatasaray" rəsmiləri mənimlə maraqlanırdı. İlkin danışığımız da olmuşdu. Lakin sonradan Mançini İstanbula yollandı. Əminliklə söyləyirəm ki, əgər, Mançini təklifi qəbul etməsəydi, "Qalatasaray"ın baş məşqçisi mən olacaqdım. İndi mətbuatda adım "Balonya" ilə yanaşı hallanır. Lakin bu haqda dəqiq bir söz deyə bilmərəm. Çünki klubun nümayəndələrindən heç kim mənimlə əlaqə qurmayıb".

Reja məşqçiliyə 1979-cu ildə başlayıb. 68 yaşlı mütəxəssis karyerası ərzində 21 klub çalışdırıb. Onlardan 20-si İtaliya təmsilçisidir. O, yalnız bir dəfə - 2009-2010-cu illərdə ölkəsindən kənarda işləyib. Həmin vaxt təcrübəli mütəxəssis Xorvatiyanın "Hayduk" klubunu çalışdırıb. Onun son iş yeri isə "Latsio" olub. 2010-cu ildən Roma klubunu çalışdıran Reja ötən il postundan ayrılıb. Rejanın karyerasındakı diqqətçəkən məqamlardan biri də onun eyni yerdə uzun müddət işləməməsidir. O, yalnız "Viçentsa" və "Napoli"də 2 ildən çox duruş gətirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail