Valeri Qazzayev: "Heç bir şübhəm yoxdur - Azərbaycandan 3 xal alacağıq"

09.10.2013 | 5059 dəfə oxunub

"Alaniya"nın prezidenti Valeri Qazzayev Rusiya millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi son iki oyun haqda danışıb. Stadium.az xəbər verir ki, Vladiqafqaz klubunun keçmiş çalışdırıcısı Rusiya yığmasının maksimum nəticə göstərəcəyinə əminliyini ifadə edib: "Heç bir şübhəm yoxdur - Lüksemburq və Azərbaycanla oyunlarda Rusiya yığması 6 xal qazanacaq. Birincisi, komanda indi əla formadadır. İkincisi, futbolçular qarşıdakı oyunların məsuliyyətini dərk edirlər. Onlar da çox gözəl başa düşürlər ki, rəqibi qiymətləndirməmək, ya da öz gücünü şişirtmək olmaz. Üçüncüsü də millimizin rəqibləri Avropa nəhəngləri deyil. Bizim komandamız əla baş məşqçisi ilə birgə bütün komponentlərdə rəqibdən üstündür. Bura həm oyunçuların səviyyəsi, həm oyunun təşkili, həm də motivasiya daxildir. Lüksemburq və Azərbaycan milliləri arasında ciddi fərq görmürəm. Ola bilər, bir qədər Azərbaycan Lüksemburqdan üstün olsun. Amma yenə də bu komandaların heç biri Rusiya üçün təhlükəli deyil". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail