Ramin Musayev: "Ümid edirəm ki, bu hissləri Naxçıvanda da yaşayacağıq"

08.10.2013 | 4396 dəfə oxunub

22-ci Azərbaycan kubokunun püşkatma mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib. Stadium.az xəbər verir ki, PFL rəhbəri ilk növbədə ölkə kuboku barədə söhbət açıb: "22-ci Azərbaycan kubokunda 20 komanda mübarizə aparacaq. Bunlardan 10-u Premyer Liqanı, qalanları isə I Divizionu təmsil edir. “Karvan”, “Turan-T”, “Energetik”, “Göyəzən”, “Şəmkir” və “Bakılı” komandaları kubok uğrunda mübarizə aparmayacaqlar. Püşkatmanın keçirilməsində yeniliklər etmişik. Yeni qaydaya əsasən komandaların reytinqinə görə müəyyən olunmuş səbətlərin qarşılaşması dəyişilib. Belə ki, 1-ci səbətdə olan komandalarla 3-cü səbətdəkilər, 2-ci səbətdəki komandalarla 4-cü səbətdəkilər qarşılaşacaq”.

Püşkatma mərasimindən sonra Ramin Musayev Azərbaycan Superkubokunun keçirilmə tarixi və yerinin müəyyənləşdiyini bildirib: “Azərbaycan Superkuboku uğrunda oyun oktyabrın 23-də Naxçıvan şəhərində keçiriləcək. Azərbaycanın hər bir güşəsi bizim üçün əzizdir. Gəncədə keçirilmiş “Qızıl oyun”da, Quzanlı qəsəbəsində “Qarabağ” – “İnter” oyununda stadiona gələn azarkeşləri görmək çox gözəl hiss idi. Ümid edirəm ki, bu hissləri Naxçıvanda da yaşayacağıq, Naxçıvan əhalisinin futbola böyük sevgisi var. Hər bir komandanın Azərbaycanın istənilən yerində azarkeşləri var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail