Əfran İsmayılov: "Artıq itiriləsi xalımız yoxdur"

08.10.2013 | 4037 dəfə oxunub

"Şimali İrlandiya yığması ilə səfər oyununda heç-heçə etmişik. Ancaq bu nəticə bizi aldatmamalıdır. Çətin komandadır. Bütün diqqətimizi həmin oyuna yönəltmişik. Azarkeşlərimiz qarşısında oynadığımızdan, çalışacağıq ki, meydandan maksimum nəticə ilə ayrılaq". Stadium.az xəbər verir ki, bu sözləri jurnalistlərə verdiyi açıqlamada millimizin üzvü Əfran İsmayılov deyib. "Bakı"nın yarımmüdafiəçisi qeyd edib ki, artıq xal itirə bilməzlər: "Xallar bizə çox lazımdır. Keçirdiyimiz oyunlarda çox xallar itimişik. Artıq itiriləsi xalımız yoxdur. Cari seçmə mərhələdə son iki rəsmi oyundur. Maksimum xal qazanmaq üçün mübarizə aparacağıq. Milliyə çağırılmaq hər bir futbolçu üçün qürurdur. Mən də millinin üzvü olduğuma görə qürur hissi  keçirirəm. Əlimdən gələni edəcəyəm ki, komandamız yaxşı nəticə qazansın. Ancaq qələbə haqda düşünürük. Şimali İrlandiya yığması ilə qarşılaşma çox vacibdir. Qələbə qazansaq, Rusiya millisi ilə görüşə də yaxşı əhval-ruhiyyədə çıxacağıq"

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail