“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi döyüldü

07.10.2013 | 3730 dəfə oxunub

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, hazırda Qazaxıstan “Ordabası” futbol komandasının sükanı arxasında olan Viktor Pasulko döyülüb. Lent.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssisi yerli çempionat oyunundan sonra Karaqanda “Şaxtyor”undakı həmkarı Viktor Kumıkov vurub.

Pasulko hadisəni belə nəql edib: “Mən avtobusun ön oturacağında idim, stadiondan çıxmağa hazırlaşırdıq. Bu zaman avtobusumuza Kumıkov soxularaq, heç bir xəbərdarlıq etmədən sifətimə yumruq vurdu. O, “Bir daha komandam barədə nə isə desən, mən səni ümumiyyətlə ...” dedi. Məsələ burasındadır ki, mətbuat konfransında “Şaxtyor”un Avropa Liqası matçlarından sonra nə qədər dəyişdiyini soruşdular. Mən də heç bir dəyişiklik hiss etmədiyimi, yeni eyni oyun stilinə - autu uzağa atma, künc zərbələri, standart vəziyyətlərdən başqa heç nə ilə bizi təəccübləndirmədiklərini söylədim. “Şaxtyor” barədə bundan artıq heç nə deməmişəm. Heç vaxt görməmişəm ki, baş məşqçi həmkarına yumruq vursun. Bəlkə o, hallıdır. Mənə elə gəldi ki, o, içkilidir. Kumıkov elə oyunun əvvəllərindən özünü qəribə aparırdı. Matç öncəsi əl uzatmadı, oyundan sonra da əl uzatmadan çıxıb getdi. Bunun nə ilə bağlı olduğunu başa düşmədim. 3:0 hesabı ilə udduqları oyundan sonra avtobusa girir və dava edir!”

Artıq rəsmi qaydada şikayət etdiyini deyən ukraynalı baş məşqçi belə halların yolverilməz olduğunu açıqlayıb: “Mən sadəcə, istəyirəm ki, heç vaxt belə hal baş verməsin. Avropada xəbər tutsalar, hamı Qazaxıstana güləcək. Bu, XVII əsrdə baş vermiş vəhşiliklərə bənzəyir. Harda görmüsünüz ki, baş məşqçi davaya girişsin?”

Lakin Kumıkovun özü dava faktını təkzib edib: “Pasulko mənim komandam barədə mətbuat konfransında artıq sözlər işlədib. Ona dedim ki, bizim işlərimizə müdaxilə etməsin, öz işləri ilə məşğul olsun. Onu vursaydım, müsahibə paylaya bilməzdi”.

Qeyd edək ki, Viktor Pasulko “Xəzər Lənkəran”a 2005-2006-cı il mövsümünün ikinci yarısında rəhbərlik edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail