Baş məşqçidən ŞOK qərar: Gecə saat 4-də məşq

05.10.2013 | 5353 dəfə oxunub

Türkiyənin “Bursaspor” klubunun baş məşqçisi Kristof Daum komandanın futbolçularını gecə saat 4-də məşqə çıxarıb. Lent. az-ın məlumatına görə, bu barədə komandanın qapıçısı Sebastyan Fray “twitter” səhifəsində yazıb. O, komanda yoldaşları ilə paltardəyişmə otağında çəkdirdiyi şəkli də yerləşdirərək, “Həyatımda ilk dəfə gecə saat 4-də məşqə çıxacağam” tvitini atıb. Məşq yağmurlu hava şəraitində 30 dəqiqəyədək davam edib. Ötən gün “Karabükspor”la Türkiyə Superliqası matçında start heyətdə meydana çıxan futbolçular yüngül qaçışla kifayətləndikləri halda, digərləri xeyli qaçıblar. Bundan sonra almaniyalı mütəxəssis komandaya oktyabrın 8-dək istirahət verib.

Qeyd edək ki, “Bursaspor” Superliqada 7-ci turun açılış matçında “Karabükspor”u səfərdə minimal hesabla yenib – 1:0. Oyundan sonra Bursayadək 5,5 saatlıq yol qət etdikdən sonra komanda üzvləri məşqə çıxıblar. Hazırda 8 xala malik 2 komanda 9-10-cu yerləri bölüşdürürlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail