AFFA ilə "Atena" şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb

04.10.2013 | 6185 dəfə oxunub

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə "Atena" şirkəti arasında U-12 Liqasının sponsorluq müqaviləsi imzalanıb. Stadium.az xəbər verir ki. futbol ictimaiyyətinin və KİV-lərin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq uşaq futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib, U-12 Liqasının təşkilinin əsas məqsədləri sadalanıb.

Süd məhsulları bazarında aparıcı istehsalçı olan, ən müasir texnologiyalardan istifadə edən və süd məhsullarının istehsalında “100 % Öz Fermamızın Südü”ndən prinsipinə əsaslanan "Atena" şirkətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

AFFA-nın baş katibi Elxan Məmmədov və "Atena" şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov U-12 Liqasının sponsorluq müqaviləsini imzalayıb.

E.Məmmədov üzərində Azərbaycan milli komandasının üzvlərinin imzası olan futbolkanı "Atena" şirkətinə hədiyyə edib.

Mətbuat nümayəndələri üçün brifinq təşkil olunub. Elşad Rəsulov və Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

AFFA-nın Futbol Akademiyasının meydançasında U-12 Liqasının simvolik oyunu keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov və Atena" şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov topa ilk toxunuş edib.

E.Məmmədov və E.Rəsulov U-12 Liqasında çıxış edən komandaların üzvləri ilə xatirə şəkli çəkdirib.

"Atena" U-12 Liqasının oyunları bölgələr üzrə mərkəzləşdirilmiş qaydada 12 rayonda təşkil olunur. 81 komandanın mübarizə apardığı turnirdə 1114 futbolçu və 109 məşqçi iştirak edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail