PFL jurnaslitlərin davasıyla bağlı BƏYANAT yaydı

03.10.2013 | 4308 dəfə oxunub

Jurnalistlərin davası barədə az əvvəl xəbər yaymışdıq. Bu məsələylə bağlı PFL bəyanat yayıb. Stadium.az bəyanatı olduğu kimi təqdim edir:


Son günlər müxtəlif KİV-lərdə idman jurnalistləri Natiq Muxtarlı və Xəyal Azəroğlu arasında şəxsi münasibətlər zəminində yaranmış qarşılıqlı tənqid və təhqirlərlə dolu olan yazılar yer alır. Türkiyənin aparıcı klublarından birinin Bakı fan-klubunun fəaliyyəti ilə bağlı yaranmış polemikadan doğan mübahisələr tərəflərin bir-birinə kəskin ittihamları ilə davam etmişdir. Sosial şəbəkələrdə bir-birinin şəxsiyyətini alçaltmaqdan, küçə söyüşləri ilə təhqir etməkdən çəkinməyən Natiq Muxtarlı və Xəyal Azəroğlunun bölüşdürə bilmədiyi fan-klub mübahisəsində üçüncü maraqlı tərəf kimi PFL-in prezidenti Ramin Musayevin adının hallandırılması isə jurnalist təxəyyülünün qərəzli münasibətindən başqa bir şey deyil. «Ultraslan Azərbaycan» və toyuq oğruları, “Xoruz”luq etməyin, kişi olun!, Toyuğa xoruz cavabı… Bu, iki yazarın bir-birinə xitabən yazdığı yazıların başlıqlarıdır. Heç birində PFL, onun rəhbərliyi və ya fəaliyyəti haqqında bir kəlmə belə yoxdur. Belə olan halda Natiq Muxtarlının “…yazdıqları statuslardan, etdikləri hərəkətlərdən bəlli olur ki, bunların arxasında PFL prezidenti Ramin Musayev dayanır. Çünki mən həmişə onun fəaliyyətini tənqid edən yazılar yazıram…” iddiası nəyə əsaslanır? Və yaxud, bu yazılara nəinki münasibət bildirməyi lüzum görməyən, bu cür yazıları oxumayan Ramin Musayevin Natiq Muxtarlı və ya hər hansı bir digər şəxsə qarşı nə kimi münasibətindən söz gedə bilər? Natiq Muxtarlı öz qələmi ilə qeyd edir ki, PFL prezidentini həmişə tənqid edir. PFL olaraq Natiq Muxtarlının bəzən hətta tənqid çərçivələrini aşan yazılarına münasibət göstərmək istəsək bunu dövlətimizin təməl dəyərlərindən olan demokratik, sivil yolla edərik. Polis orqanlarında, məhkəmədə və digər səlahiyyətli instansiyalarda öz hüququmuzu qorumağa, şər və böhtan yazılar yazmaqla ictimaiyyətin fikrini səhv istiqamətə yönəldən yazarların cavabını qanunun tələb etdiyi şəkildə verməyə həmişə hazırıq. Yuxarıda qeyd olunan mübahisədə PFL-in prezidenti Ramin Musayevin adının hallandırılmasının, əsassız, böhtan dolu yazıların hansı məqsəd güddüyünü, Natiq Muxtarlının hansı əqidəyə, kimə qulluq etdiyini isə zaman göstərəcək. Unutmayın, yalan ayaq tutar, amma yeriməz!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail