Tanınmış jurnalist Natiq Muxtarlı ölümlə hədələndi JURNALİSTDƏN ÖZBAŞINALIQ

03.10.2013 | 5052 dəfə oxunub

Bir neçə dəqiqə əvvəl məşhur idman yazarı Natiq Muxtarlıya hücum edilib. ANS-in əməkdaşı Xəyal Azəroğlu 3 nəfər idmançı dostunu götürərək N.Muxtarlı ilə “danışığa” gəlib. Onlar idman yazarını başını kəsməklə hədələyiblər.

Virtualaz.org-un məlumatına görə, bu hücuma səbəb N.Muxtarlının rekord.az saytında gedən ““Ultraslan Azərbaycan” və toyuq oğruları” başlıqlı köşə yazısıdır. N.Muxtarlı həmin yazıda “Ultraslan Azərbaycan”ın dağılmasından sonra yaradılan eyniadlı dərnək haqda fikirlərini bildirib. O, yazısında qeyd edib ki, “Ultraslan Azərbaycan” brendini Azərbaycana Ceyhun Əzizli tanıdıb: “Bunu hətta toyuq oğrusu da dana bilməz. Ən azından bu brendi Azərbaycana tanıdan şəxsdən halallıq almalıdırlar, ya yox?”

Hücuma məruz qaldıqdan sonra virtualaz.org-a açıqlama verən Natiq Muxtarlı bildirdi ki, bu yazıdan sonra ona yeni yaradılan “Ultraslan Azərbaycan” rəhbərliyindən və tərəfdarlarından yox, məhz ANS-in idman müxbiri Xəyal Azəroğlu tərəfindən cavab verilib.

X.Azəroğlu N.Muxtarlının yazısını cavab olaraq ““Xoruz”luq etməyin, kişi olun!” köşə yazısı ilə çıxış edib. X.Azəroğlu həmin yazıda N.Muxtarlının ünvanına təhqiramiz ifadələr işlədib.

N.Muxtarlı isə bu təhqirlərə cavab olaraq “Xoruzun toyuğa cavabı” başlıqlı köşə yazısı yazıb. Əsas söz-söhbət bu yazıdan sonra qızışıb.

N.Muxtarlının sözlərinə görə, X.Azəroğlu öz facebook səhifəsində yazdığı statusda qeyd edib ki, “Natiq Muxtarlı “Xoruzun toyuğa cavabı” yazısında özünün “petux”olduğunu boynuna aldı”.

Həmin statusa isə PFL prezidenti Ramin Musayevin yaxın qohumları da şərh yazaraq N.Muxtarlını təhqir ediblər.

Natiq Muxtarlı da həmin statusa yazdığı şərhlə onlara cavab verib. Bu cavabdan sonra daha da qəzəblənən X.Azəroğlu N.Muxtarlının çalışdığı “Komanda” qəzetinə zəng vuraraq onunla görüşmək istədiyini bildirib.

N.Muxtarlı virtualaz.org-un əməkdaşına ilə söhbətində dedi ki, həmin görüşə qəzetin baş redaktoru Rəşad Elgünlə birgə gedib: “Biz görüşə ikimiz getdik. Xəyal Azəroğlu görüşə üç idmançı dostu ilə birgə gəlmişdi. Çatan kimi məni təhqir etməyə, hədələməyə başladılar. Məni ölümlə hədələdilər, dedilər başını kəsəcəyik, uşaqlarını öldürəcəyik. Mən Xəyal Azəroğluna dedim ki, sən də jurnalistsən, belə özbaşınalıq olmaz. Bu ölkədə qanun-qayda var. Əgər yazdığım yazıdan narazısınızsa, verin məhkəməyə. Dedilər ki, biz hər şeyi qol gücü ilə həll edirik, bu ölkədə belədir. Rəşad Elgün olmasaydı, onlar bəlkə də mənə nəsə edəcəkdilər. Ətrafdakı insanlar da bizi ayırdı. Ayrılanda “yenə də görüşəcəyik” dedilər, hədələyib getdilər”.

N.Muxtarlı bu hücum və təhdidlə bağlı Daxili İşlər Nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirdi: “Həyatımın təhlükə altında olduğunu bilirəm. Bu, onu göstərir ki, Xəyal Azəroğlu bu işləri özbaşına etmir”. 

P.S. Natiq Muxtarlıdan aldığımız son məlumata görə, artıq o, Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib və hadisə ilə bağlı qeydiyyat aparılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail