Yuri Syominin "Neftçi"yə qarşı 22-ci dueli

02.10.2013 | 4977 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IX turu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin üçün “Neftçi” ilə duellə əlamətdar olacaq. Stadium.az xəbər verir ki, 66 yaşlı mütəxəssis Azərbaycanda ən yaxşı tanıdığı rəqiblə görüşəcək. “Qırmızı-qaralar”ın rusiyalı çalışdırıcısı karyerası ərzində dəfələrlə Bakı təmsilçisi ilə görüşüb. Təcrübəli mütəxəssis zəngin karyerası ərzində həm futbolçu, həm də baş məşqçi kimi “ağ-qaralar”la duelə çıxıb.

Syominin karyerasını vərəqlədikdə onun rəsmi oyunlarda 21 dəfə “Neftçi” ilə qarşılaşdığını görmək mümkündür. 22-ci duel ərəfəsində əvvəlki qarşılaşmaları xatırlamaq maraqlı olar.

Sonuncu belə görüşü yəqin ki, kifayət qədər xatırlayan tapılar. 2005-ci ildə tarixində ilk dəfə “Birlik kuboku”nda finala çıxan “Neftçi” həlledici qarşılaşmada Syominin başçılıq etdiyi Rusiya “Lokomotiv”i ilə görüşdü. Moskva futbolçuları 2:1 hesabı ilə qalib gələrək bakılıların kubok qazanmasına imkan vermədi. 2005-ci il yanvarın 23-də baş tutan matçın iştirakçılarından yalnız Rəşad Sadiqov indi də “Neftçi”nin sıralarındadır. O indi komandanın kapitanıdır.  Bu matç Syominin müstəqillik dönəmində “Neftçi” ilə yeganə qarşılaşmasıdır. Digər oyunlar isə SSRİ vaxtına təsadüf edib.

Syomin baş məşqçi kimi “Neftçi” qarşısına ilk dəfə 1982-ci ildə çıxıb. Həmin ilin sentyabrında çalışdırıcılıq karyerasına start verən 35 yaşlı gənc mütəxəssis futbolçu kimi son illərini keçirdiyi Krasnodar “Kuban”ını güclülər dəstəsini tərk etməkdən xilas etməli idi. Artıq noyabrın 11-də Syomin və komandası Bakının qonağı idi. Güclülər dəstəsini tərk etmək təhlükəsi ilə üz-üzə qalan Krasnodar klubu 3:2 hesablı səfər qələbəsi qazandı.

Növbəti 3 ili “Pamir”də çalışan rusiyalının yolları rəsmi matçlarda “Neftçi” ilə kəsişməyib. 1986-cı ildə Moskva “Lokomotiv”inə baş məşqçi təyin olunan Syomin 1990-cı ilə qədər burada çalışıb. Bu müddətdə “dəmiryolçular” 4 dəfə “Neftçi” ilə üz-üzə gəlib.

1988-ci ildə güclülər dəstəsində çıxış edən Syominin yetirmələri Moskvada 1:0 hesabı ilə qalib gəlib, Bakıdan 1 xalla qayıdıb - 1:1. 1990-cı ildə isə artıq hər 2 komanda I dəstədə çıxış edirdi. Syominin komandası Moskvada 2:1 hesabı ilə qalib gəlməyi bacardı. 23 il əvvəl aprelin 20-də baş tutan qarşılaşma həm də onunla əlamətdar oldu ki, “Lokomotiv” stadionuna çıxan “Neftçi”nin heyətində gənc müdafiəçi Tərlan Əhmədov da var idi. Tərlan Əhmədov bu dəfə “Neftçi”nin baş məşqçisi kimi Syominə rəqib olacaq. Bu onların Əhmədov “Neftçi”də olan vaxt hələlik yeganə görüşü idi. Əhmədovun meydana çıxmadığı II dövrənin Bakıdakı oyununda isə heç-heçə qeydə alınıb – 0:0.

Bir sözlə, Syomin baş məşqçi karyerası ərzində 6 dəfə üz-üzə gəldiyi “Neftçi”yə heç vaxt uduzmayıb: 4 qələbə və 2 heç-heçə.

Bunadək isə futbolçu Syomin “Neftçi” ilə yaxından tanış olub. SSRİ çempionatları və kubokuna nəzər saldıqda onların dəfələrlə qarşılaşdığının şahidi olmaq mümkündür. Moskva klublarımdan 1 dəfə “Spartak”, 9 dəfə “Dinamo”, 2 dəfə “Lokomotiv”lə “neftçilər”ə rəqib olan Syomin 1 dəfə “Kayrat”, 2 dəfə “Kuban”ın formasında bakılılara rəqib olub.  Bu 15 qarşılaşmada 3 qol vuran yarımmüdafiəçinin komandaları 5 dəfə qalib gəlib, 6 heç-heçə edib. “Neftçi” isə 4 dəfə qələbəyə sevinib.

47 il əvvəl 1966-cı ildə 19 yaşlı gənc futbolçu Moskva “Spartak”ı ilə ilk dəfə Bakının qonağı olub. Həmin vaxt mövsümün son turunda bürünc medalların taleyinin həll edildiyi qarşılaşmada Anatoli Banişevski və yoldaşlarının qarşısını almaq mümkün olmayıb - 3:0. Bu oyun onun 1965-67-ci illərdə oynadığı paytaxt klubunda “Neftçi”yə qarşı yeganə dueli idi. 

1968-71-ci illərdə Moskvanın digər klubu “Dinamo”da çıxış edən Syomin “ağ-qaralar”a qənim kəsilib. Həmin illərdə hətta hücumçu kimi də çıxış edən rusiyalı “ağ-qaralar”la matçlarda 3 dəfə qol sevinci yaşayıb. 1968-ci ildə Bakıda meydana çıxmayan Syomin Moskvadakı qolsuz heç-heçənin iştirakçısı olub. 1969-cu ildə Bakıda 1:2 hesablı məğlubiyyətin üzüntüsünü yaşayan “dinamo”çu Rusiyada 2:2 hesabı ilə bitən qarşılaşmada da meydanda olub. Özü də Syomin komandasının 2-ci qolunu vurub hesabı 2:0 etsə də, bakılılar bərabərliyə nail olub.

Əvəzində 1969-cu ildə kubokun 1/16 finalında Syominin erkən qolu ilə hesabı açan “Dinamo” qalib gələrək (2:0) mərhələ adlayıb. 1970-ci ildə isə Moskva təmsilçisi Bakıda 2:1, Moskvada 2:0 hesabı ilə qələbəyə sevinib. II dövrədəki matçda qol sevinci yaşayan Syomin bakılıların qapısına 3-cü dəfə yol tapıb.

1971-ci ildə “Dinamo” ilə “Neftçi” 4 dəfə üz-üzə gəlib. Kubokda səfərdə 2, Bakıda 4 cavabsız qol vuran “Neftçi” Syominin komandasını 2 dəfə məğlub edib. Çempionatda isə qarşılaşmalar “sülh”lə bitib. Lakin Syomin yalnız qolsuz başa çatan 2-ci matçın iştirakçısı olub.

Növbəti 2 ildə “Kayrat”da çıxış edən Syomin 1 görüşdə “Neftçi”yə qarşı forma geyib. 1972-ci ilin II dövrəsindəki oyunda Qazaxıstan təmsilçisi öz meydanında qalib gəlib - 1:0. 1975-77-ci illərdə “Lokomotiv”in şərəfini qoruyan yarımmüdafiəçi 2 dəfə Bakı təmsilçisi ilə görüşüb. 1977-ci ildə güclülər dəstəsində baş tutan hər 2 qarşılaşma onun iştirakı ilə keçirilib və qolsuz başa çatıb.

1978-80-ci illərdə futbolçu karyerasının son illərini “Kuban”da keçirən Syomin daha 2 dəfə “Neftçi”yə rəqib olub. 1980-ci ildə baş tutan hər 2 görüşdə hesabı “Neftçi”nin futbolçusu İqor Ponomaryov açıb. Lakin Syominin meydanda olduğu komanda Krasnodarda 2 qol vurub qalib gəlməyi, Bakıda isə tarazlığa (1:1) nail olmağı bacarır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail