"Neftçi" SSRİ çempionatlarının ən güclü komandaları siyahısında yer alıb

30.09.2013 | 4569 dəfə oxunub

Rusiyanın dövlət Bədən tərbiyəsi və İdman Komitəsi, “Rusiya peşəkarları” işçi jurnalı ilə birgə layihə həyata keçirib. Stadium.az xəbər verir ki, “Sovet futbolununu tarixi” layihəsi çərçivəsində “Professional” nəşriyyatı tərəfindən nəşr olunmuş kitabda “Neftçi” PFK SSRİ çempionatlarının ən güclü komandaları siyahısında yer alıb. Kitabın “Neftçi” PFK-ya aid hissəsində, Azərbaycanda idmana eləcə də futbola dövlət səviyyəsində diqqət və qayğının göstərildiyi vurğulanıb. Məqalədə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın uğurla icra edilməsi qeyd olunub.

“Neftçi”nin tarixi uğurlarından bəhs olunan hissədə, klubun son illərdə qazandığı nailiyyətlər öz əksini tapıb. Sadıq Sadıqovun kluba prezident təyin edilməsindən sonra ardıcıl 3 dəfə ölkə çempionluğunu qazanmış “Neftçi” PFK-nın, Avrokuboklarda tarixi ilki gerçəkləşdirməsi haqqında geniş məlumat verilib. Bununla yanaşı kitabda komandamızın Avropa Liqasında “İnter”,  “Rubin” və “Partizan” kimi rəqiblərlə oyunlarından fotolar öz əksini tapıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail