“Bizim üçün rəqibin lider və ya autsayder olmasının fərqi yoxdur” Müsahibə

28.09.2013 | 4938 dəfə oxunub

"Simurq"un gənc üzvü Rəşad Eyyubov klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Rəşad, mövsümün əvvəlində komandadan gedəcəyinlə bağlı söhbətlər gəzirdi. İndi “Simurq”da qalmağına görə peşman deyilsənki?

- Getmək haqqında düşünmürdüm. Elə də böyük problemlərim yox idi. Klub prezidenti Anar Bəkirovla görüşdən sonra hər şey qaydasına düşdü və “Simurq”dan yana seçimimi etdim. Buna görə də, çox şadam.

Mövsümə hazırlıq prossesini necə keçdin?

- Düşünürəm ki, hər futbolçu təlim-məşq toplanışını xoşlamır. Çünki evdən günlərlə uzaq qalırsan və ağır məşq prosseslərindən keçirsən. Bütün hazırlıqlarsa eynidir. Xüsusəndə bu cür toplanışlarda əsas diqqət fiziki gücün artırılmasına verilir. Hazırlıq çərçivəsində güclü komandalarla yoldaşlıq görüşləri keçirdik. Bütün bunlar isə bizim xeyrimizə oldu. O cümlədən mən də, bu hazırlıq mərhələsindən maksimum istifadə etməyə çalışdım.

Son iki oyunda yenidən baş məşqçi sənə əsas heyətdə şans verir. İlk 11-də çıxanda oyunun yaxşı alınır, yoxsa əvəzlənmədən?

- İki oyunda kiçik zədəm olduğundan və fiziki cəhətdən hazır olmadığımdan oynaya bilmədim. Ancaq indi hər şey qaydasındadır. Yenidən oynamaqdan zövq alıram. Özümü hər bir oyuna hazır bilirəm və baş məşqçimizdə mənə güvənərək şans verir. Hər bir futbolçu əsas heyətdə meydana çıxmaq istəyir, o cümlədən məndə. Ancaq ən vacibi odur ki, komandanın qələbə qazanmağında rol oynayasan. Məndə çalışıram ki, nə vaxt məşqçim mənə şans versə, ondan yararlanım və inamını doğruldum.

Artıq yeddi tur geridə qalıb. “Simurq”un hazırkı durumun necə qiymətləndirirsən?

- Çempionatın əvvəli çox çətin idi. Oyunumuzdan çatışmamazlıqlar var idi. Ancaq indi biz artıq bir-birimizi çox yaxşı başa düşürük. Buda hər oyundan-oyuna müsbətə doğru yaxşılaşır. Çalışırıq ki, çempionatın əvvəlindən hər turdan xalla ayrılaq. Çünki məqsədimizə çatmaq üçün bu çox vacib amildir.

Cari mövsümü necə dəyərləndirirsən?

- Hər il çempioanat daha da güclənir. Yaxşı futbolçular və mütəxəssislər dəvət edilir. Buda bütün klubların inkişafına və güclənməsinə səbəb olur. Artıq deyərdim ki, çempionatda zəif və güclü komanda yoxdur. Hazırda Premyer Liqa turdan-tura daha da gərginləşir və maraqlı oyunların, nəticələrin şahidi oluruq. Yeganə çatışmayan cəhət daha yaxşı stadionlar və azərkeşlərin tribunaları doldurmamasıdır.

Ötər tur “Qarabağ”la qolsuz heç-heçə etdiz. Bu cür güclü rəqiblə görüşdən belə nəticə ilə ayrılacağınızı gözləyirdinizmi?

- Ağdam təmsilçisi bu il Azərbaycan futbolunu Avropada uğurla təmsil etdi. Bu mövsümdə çempionluğa real namizədlərdən biridir. Görüşdən bir gün öncə klub prezidenti bizlərlə iclas keçirdi və qeyd etdi ki, bu qarşılaşmada özünüzü sübut edib, yaxşı bir nəticə qazanmaq lazımdır. Bizdən oyun zamanı məşqçilərin tapşırığını maksimum səviyyədə yerinə yetirməyə çalışdıq. Qələbədə qazana bilərdik. Ələ düşən imkanlardan yararlana bilmədik. Ancaq hesab edirəm ki, səfərdə “Qarabağ”dan bir xal belə almaq yaxşı nəticədir. Avropa təcrübəsi olan bir komandadır. Həm fərdi, həm də kollektiv oyunla nəticəsini bir anda dəyişə biləcək kollektivdir. Biz isə bu oyunda özümüzü sübut etdik və onlardan geri qalmadığımızı göstərdik. Həmçinin də, klub rəhbərliyinin bizdən gözlədiyi nəticəni verə bildik. İnanıram ki, qarşıdakı oyunlarda da bu uğuru davam etdirəcəyik və onların, özümüzün əziyyətininin bəhrəsini görəcəyik.

Qarşıda bizi hazırkı liderlə çətin oyun gözləyir. Bu oyun haqqında nə düşünürsən?

- “Qəbələ” hazırda çox yaxşı start yığıb. Maraqlı oyun olacaq. Bizim üçün rəqibin lider və ya autsayder olmasının fərqi yoxdur. Çıxıb öz oynumuzu oynayacayıq və çalışacayıq ki, bu görüşdə də qalib gələrək, yolumuza davam edək.

Səncə “Simurq” mövsümün sonunda istəyinə çatmaq üçün nə etməlidir?

- Düşünürəm ki, məşqçilər və rəhbərlik bizim məqsədə çatmaq üçün nəyə ehtiyacımızın olduğunu çox yaxşı bilirlər. Biz gənc komandayıq. Bu mövsüm hələ tam çempionata uyğunlaşa bilməmişik. Hesab edirəm ki, biz düzgün yoldayıq və sonda istəyimizə nail olacayıq.

Komandamızın heyətində U-21 çağrılan futbolçulardasan. Əsas yığmaya necə, özünü hazır bilirsən?

- Əsas yığmada oynamaq mənum arzumdur. Əlbəttə ki, özümü hazır bilirəm və dəvətin gəlməyini gözləyirəm.  Ümid edirəm ki, millinin məşqçiləri mənim oyunlarımı izləyirlər və tezliklə məni də əsas yığmaya çağırıb, şans verəcəklər.

Stadionumuzun hazır olmaması ilə əlaqədar hazırda Bakıda məskunlaşmısınız. Zaqatala üçün darıxmırsan?

- Başlanğıcda Bakıda qaldığımıza görə çox sevinirdim. Burada məşqdən sonra gəzməyə, boş vaxtını keçirməyə, istirahət etməyə çox yer var. Ancaq indi Zaqatalaya getməyi çox istəyirəm. Ora çox sakitdir. Stadion yanımızdadır. İsdəyin vaxt əlavə məşğul ola bilirsən. Azərkeşlərimizin arasında özümü evimdəki kimi hiss edirəm. 

Sən azərkeşlərimizin sevimli futbolçularından birisən. Burdan onlara nə deyərdin?


- Azərkeşlərimizi çox istəyirəm. Əlbəttə, Ukranyada və ya Türkiyədəki kimi tribunaları doldurmurlar, onlar kimi dəstəkləmirlər. Ancaq bir həqiqət var ki, bizim azərkeşlərimiz çempionatda ən çılğın və komandalarına ən çox dəstək verən fanatlardır. Onlar komandalarına görə həqiqətəndə can yandırırlar. Buna görə də onlara hörmət edirəm və çox sağ ol deyirəm. İnşallah mövsümün sonunda onlarla birlikdə gözəl qələbələrimizin nəticəsini bayram edəcəyik.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail