"Simurq" hazırlıqları tamamlamaq üzrədi

28.09.2013 | 4663 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VIII turuna hazırlıqları davam etdirən "Simurq", dünən "Şəfa" stadionunda növbəti məşqinə çıxıb. Stadium.az xəbər verir ki, iki saata yaxın davam edən sonuncu məşqdə Georgi Çixradzenin yetirmələri əsasən taktiki təmrinlər ibarət çalışmaları yerinə yetirib. İkitərəfli oyundan sonra isə müxtəlif "ev tapşırıqları" hazırlanıb, qapıya zərbələr yerinə yetirilib.

"Simurq" bu gün axşam saatlarında növbəti məşqinə çıxaraq "Qəbələ"ylə oyunun hazırlığını tamamlayacaq və istirahətə çəkiləcək. Komandanın heyətində Draqan Çeran cəzalı olduğundan, Rövşən Əmiraslanov isə köhnə zədəsində yenidən ağrıların olması səbəbindən bu görüşdə forma geyinə bilməyəcək.

Qeyd edık ki, "Simurq" - "Qəbələ" oyunun sentyabrın 29-u, saat 18:00-da "Şəfa" stadionunda keçiriləcək və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail