UEFA-nın rəsmi saytı "Syominin qalib "Qəbələ" düsturu"ndan yazdı
"Qəbələ"nin
cari mövsümdəki uğurlu çıxışı UEFA-nın rəsmi internet səhifəsində
işıqlandırılıb. Stadium.az xəbər verir ki, Avropanın ali futbol qurumu saytında
komandanın Yuri Syominlə başlayan yeni inkişaf mərhələsindən bəhs edib.
"Syominin qalib "Qəbələ" düsturu" başlıqlı yazıda "qırmızı-qaralar"ın
Rusiyanın tanınmış futbol mütəxəssisinin gəlişindən sonra uğur qazanmağa
başlamasından söhbət açılıb. Mətndə “Lokomotiv" (Moskva) və
“Dinamo"da (Kiyev) çalışmış mütəxəssisin
fikirlərinə də yer verilib. Syomin açıqlamasında "Qəbələ"dən təklif
almasından, klubun infrastrukturundan və hədəflərindən bəhs edib:
“Qəbələ"dən
təklif aldıqdan sonra ölkə haqqında məlumat aldım, klubun infrastrukturu və hədəfləri
barədə maraqlandım. Klubun prezidenti ilə söhbət etdikdən sonra qərar vermək
üçün bir az düşündüm, komandanın bəzi liqa oyunlarına baxdım və nəhayət təklifi
qəbul etdim. Ümumiyyətlə, burada olmağıma şadam, komandamı yüksək zirvələrdə, o
cümlədən liqanın yüksək kürsüsündə görmək istəyirəm. Bunun üçün çox çalışırıq,
gənc futbolçuların inkişafı üçün xeyli vaxt sərf edirik. Məsələn, həftədə bir dəfə
əsas komanda ilə əvəzedici komanda arasında oyun təşkil edirik. Bu isə gənclərin
inkişafına çox kömək edir".
Syomin söhbət zamanı Azərbaycanın inkişaf tempindən
danışıb və onu daha əvvəl çalışdığı Tacikistan və Yeni Zenlandiya ilə müqayisə
edib. O, Bakının artıq megapolis olduğunu, getdikcə daha gözəl və müasir görkəm
aldığını, burada futbola böyük sərmayə qoyulduğunu söyləyib. Rusiyalı mütəxəssis
komandanın hazırkı durumunu dəyərləndirməyi də unutmayıb: “Hər kəs bizdən ölkə
çempionatında yüksək yer tutmağı və ya heç olmasa Avropa Liqasının təsnifat mərhələsinə
vəsiqə qazanmağımızı gözləyir. Hazırda komandamdan razıyam, amma hələ
çatışmazlıqlarımız var. Müdafiə xəttimizi gücləndirməliyik və sabit oyun
nümayiş etdirməliyik. Komandaya yeni qoşulan futbolçuların səviyyəsi məni razı
salır, amma onların əsl səviyyəsi barədə
gələn ilin mayında müzakirə apara bilərik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |