Karateçilərimiz vətənə döndü

27.09.2013 | 5032 dəfə oxunub

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində keçirilən İslam Ölkələrinin 3-cü həmrəylik oyunlarında uğurlu çıxışla yadda qalan Azərbaycan karate yığması bu gün vətənə dönüb. Stadium.az xəbər verir ki. "Qəbələ" karateçiləri - Rafael Ağayev və Rafiz Həsənovun yer aldığı yığma komanda Heydər Əliyev Bəynəlxalq Hava Limanında idmansevərlər tərəfindən coşqu ilə qarşılanıb. Qarşılama mərasimində "Qəbələ" İdman Klubunun müxtəlif növlər üzrə gənc idmançıları və azarkeşləri yer alıb. Onlar tərəfindən karate yığmamızın üzvlərinə gül dəstələri təqdim olunub, qaliblərlə xatirə şəkilləri çəkilib.

Qarşılama mərasiminin ardından media nümayəndələri üçün brifinq təşkil olunub. İslamiadadan 2 qızılla (fərdi və komanda yarışında) dönən "Qəbələ" karateçisi Rafael Ağayev yarış barədə təəssüratlarını bölüşüb: "İslam Oyunlarına yaxşı hazırlaşmışdıq. Yarışın çətin keçəcəyini bilirdik. Şükürlər olsun ki, uğurlü nəticə ilə - 3 qızıl, 2 gümüşlə vətənə döndük. Mənimçün çox yaddaqalan yarış oldu. 8 il bundan öncə yığma komanda ilə ilk turnirə qatılarkən mən heyətdəki ən gənc idmançı idim. Bu dəfə isə yığmanın ən təcrübəli karateçisi kimi yarışa yollanmışdım. Çəkimdə favorit hesab olunurdum. Ümidləri doğrultduğuma görə sevincliyəm. Komanda yarışımız da çox maraqlı və çətin keçdi. Finalda dünyanın ən güclü komandalarından hesab olunan İran təmsilçilərini məğlub etdik. Bizə dəstək verən hər kəsə təşəkkür edirik".

Azərbaycanı və "Qəbələ"ni İslamiadada təmsil edən digər karateçimiz Rafiz Həsənov qələbəyə görə sevincli olduğunu bildirib. O, gələcək hədəfləri barədə də açıqlama verib:

"Vətənə medallarla döndüyümüzə görə sevincliyik. Düşünürəm ki, layiqli qələbələr qazandıq. Qarşıdan bizi mötəbər yarışlar - 2014-cü il Dünya və Avropa çempionatları, ardından isə 2015-ci il Avropa Olimpiya Oyunları gözləyir. Məqsədim sözügedən yarışlara ciddi hazırlaşmaq və mükafatçılar sırasında yer almaqdır".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail