Yuri Syomin: "Burada məni hər şey qane edir"

27.09.2013 | 4881 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin UEFA-nın saytına açıqlama verib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk öncə ölkəmizə gəlişindən danışıb: "Azərbaycandan gələn təklifi qəbul etməmişdən öncə bu ölkənin çempionatını yaxından izlədim, klub haqda müəyyən məlumatlar əldə etdim və komandanın infrastrukturu və gələcək planları ilə tanış oldum. "Qəbələ"nin prezidenti Tale Heydərovla görüşdüm və ondan vaxt istədim. Daha sonra komandanın çempionatda bir neçə oyununu izlədim və sonda bu klubda işləməyə razılıq verdim".

Syomin hazırki klubundakı vəziyyətdən razı olduğunu gizlətməyib: "Ümumiyyətlə burada məni hər şey qane edir. Təbii ki, hər kəs həmişə daha böyük uğurlara can atır. Komandamdan razı olduğum kimi yerli futbolun da yüksək səviyyədə olmasını istəyirəm. Bu sahədə işlər davam edir. Xüsusən də aşağı yaş qruplarının inkişafına diqqət yetiririk. Məsələn, həftədə bir dəfə əvəzedici komanda ilə yoldaşlıq görüşü keçiririk ki, bu da gənc futbolçuların büxtələşməsinə kömək edir. Yeganə narazı qaldığım məqam oyunlarda azarkeşlərin davamlı olmamasıdır. Əvvəllər "Neftçi"nin oyunlarında stadionlarda boş yer tapmaq mümkün deyildi. Ancaq təəssüf ki, indi belə deyil. Düşünürəm ki, bu düzgün təbliğatın aparılmaması ilə bağlıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail