Hafiz Məmmədov: “Lans”ı Çempionlar Liqasında görəcəyik”

27.09.2013 | 4639 dəfə oxunub

"Bakı" klubunun prezidenti Hafiz Məmmədov “Lans”la "zolaqlılar" arasında imzalanan əməkdaşlıq müqaviləsindən sonra Fransa mətbuatına açıqlama verib. Stadium.az xəbər verir ki, Məmmədov "Lans" qarşıdakı illərdə Çempionlar Liqasında mübarizə aparacağını qeyd edib: "Lans"ın çətin vəziyyətə düşdüyünü bilirdim. Hazırda klubda vəziyyət normaldır. Məqsədim odur ki, “Lans” birinci liqaya qayıtsın. Komandanın uğurlu çıxışı və yüksək liqaya çıxması üçün lazım olan maliyyə ayrılacaq. “Lans”ın yüksək səviyyəyə çatması üçün hər şeyi edəcəyik. Bizim konkret hədəflərimiz var. Bir gün gələcək, “Lans”ı Çempionlar Liqasında görəcəyik”

“Lans”ın sahibi olan H.Məmmədov klubun prezidenti Jerve Martel və Fransa futbolunun əfsanəsi Jan-Pyer Papenlə gözəl münasibətlərdə olduğunu söyləyib: “Mən bir il əvvəl “Lans”la əməkdaşlıq edəcəyimizi ağlıma belə gətirməzdim. Tale hamımızı birləşdirdi. Mən dostum Jerve ilə birgə gözəl bir layihənin təməlini qoymuşam. Əminəm ki, bu layihə müsbət effekt verəcək. Jerve Martel inadkarlığı, işə yüksək həvəsi ilə mənim diqqətimi çəkdi. O zaman dedim ki, komanda üçün nələrsə etmək lazımdır. Mən futbolda belə inadkar insanları az görmüşəm. “Lans” tarixi klubdur. Belə bir klubla peşəkar münasibətlərə başlamağa görə sevinirəm. Fransa milli komandasının azarkeşi olmuşam. Həmçinin Fransa iqtisadiyyatına yaxın insanam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail