“Bakı” itkilərlə məşq edirlə məşq edir

27.09.2013 | 4410 dəfə oxunub

“Bakı” növbəti tur qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki. komanda bu gün bir məşqlə kifayətlənib. Səhər saat 11.00-a təyin olunan hazırlıqda yüngül qaçış və isinmə hərəkətlərinə yer ayıran baş məşqçi Milinko Pantiç daha sonra yetirmələrinə toplu çalışmalar verib. Ardından kiçik qruplara bölünən futbolçular qısa ötürmələr üzərində çalışıb. Fiziki hazırlığa da diqqət ayıran Pantiç daha sonra düzülmüş maneələrdən sürətli keçid tapşırığı verib. Saatyarım sürən məşq uzun ötürmələr və qapıya asmalarla başa çatıb.

Onu da qeyd edək ki, “zolaqlılar” bu görüşə itkilərlə çıxacaq. Hazırda zədə üzündən Deyvidas Çesnauskis və Elvin Əliyev kollektivdən ayrı çalışır. Mario Rubio isə son məşqdə ümumiyyətlə iştirak etməyib. Yüngül zədəsi olan yarımmüdafiəçi ambulator müayinədən keçir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail