Rauf Əliyev:: "Foqtsla bağlı araşdırma aparırıq"

26.09.2013 | 4711 dəfə oxunub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandamızın baş məşqçisi Berti Foqtsun sosial sığorta ödənişi ilə bağlı araşdırma aparır. Bu barədə “Trend”ə qurumun vitse-prezidenti Rauf Əliyev millinin baş məşqçisinin sosial sığorta haqqı ödənişi etmək üçün qeydiyyata durmaması ilə bağlı yayılmış xəbərə münasibət bildirərkən deyib. R.Əliyev qeyd edib ki, alman baş məşqçi ilə imzalanan müqavilədə bütün detallar xırdalığına kimi qeyd olunub, dövlət vergilərinin ödənilməsinə xüsusi diqqət yetirilib: "Lakin ola bilər ki, hər hansı məsələ üzrə qeyri-dəqiqlik olub və yaxud hansısa yeni qəbul olunmuş qaydalar nəzərə alınmayıb. Bütün məsələlər araşdırılaraq öz həllini tapacaq".

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümöv bu günlərdə bildirib ki, məcburi sosial sığorta haqqı ödənişi üçün Azərbaycan mənbələrindən gəlir əldə edən bütün şəxslər qeydiyyata düşməlidirlər: "Azərbaycanın milli futbol komandasının baş məşqçisi Berti Foqts hələ qeydiyyata düşməyib. Bununla belə, əksər idmançılar qeydiyyatda var və sosial sığorta haqqı ödəyirlər"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail