“Sabahın ulduzları” turniri başladı

26.09.2013 | 7781 dəfə oxunub

Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi IХ “Sabahın ulduzları” paytaxt çempionatı 24 komandanın iştirakı ilə start götürüb. Stadium.az xəbər verir ki, turnirdə “İnter” PİK-in 2001-2002-ci il və 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət 3 komandası mübarizə aparır. Qeyd edək ki, 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət komandalar A və B qrupunda yarışacaqlar. BFF-nin Mətbuat Xidmətindən aldığımız məlumata görə, 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət komanda ilk turda “Sumqayıt”la qarşılaşıb və oyun 5:0 hesabıyla “İnter”in xeyrinə başa çatıb. Komandamızn heyətində  Ceyhun Nuriyev, Əli Nəzərov, Qafar Novruzov(2) və Miqdar Məmmədov fərqləniblər.

 2003-2004-cü il təvəllüdlü futbolçuların mübarizə apardığı A qrupunda “İnter” ilk tura qələbəylə başlayıb. Belə ki, komanda  “Qarabağ” FM ilə qarşılaşıb və “İnter” rəqibini 3 cavabsız qolla məğlub edib. Komandanın qələbə qollarını Nihat Fərəcli(2) və Vüsal Qəmbərov vurublar.

Eyni sözləri B qrupunda mübarizə aparan “İnter ulduzları” haqqında da demək olar. Belə ki, “Buzovna” ilə qarşılaşan komanda rəqibin qapısını 4 dəfə titrətməyə müvəffəq olub. “İnter ulduzları”nın heyətində Əli Tağıyev (2), Əzim Quliyev və Anar Qəniyev fərqləniblər.

Xatırladaq ki, oyunlar "Şəfa" stadionunda keçirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail