"Bundan sonra ancaq qələbələri sıralamalıyıq"

25.09.2013 | 4886 dəfə oxunub

Premyer Liqanın VIII turu çərçivəsində sentyabrın 27-də “Fırtınalar meydanı”nda “İnter” klubunu qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir. Stadium.az xəbər verir ki, komanda sentyabrın 25-də iki dəfə məşq edib. Saat 10:30-da ehtiyat meydançada səhər məşqinə çıxan komanda fiziki və taktiki hazırlıq üzrə bir saatdan çox çalışıb. Saat 18:00-da başlayan axşam məşqi isə stadionun əsas meydançasında keçirilib və saatyarımlıq taktiki çalışmalardan ibarət olub. Hazırlıq prossesi bitəndən sonra baş məşqçi Con Toşak başına topladığı futbolçularla qısa söhbət edib. Uelsli çalışdırcı “İnter”lə oyunun əhəmiyyətindən danışaraq qara zolaqdan  çıxmış komandanın bundan sonra uğurları sırlamağa borclu olduğunu dilə gətirib: “Doğma azarkeşlərimiz önündə yüksək səviyyədə çıxış etməliyik. Artıq geriyə yol yoxdur, uğursuzluqlar arxada qaldı. Bundan sonra ancaq qələbələri sıralamalıyıq. “İnter”lə oyunda qazanılacaq qələbə bizim üçün çox əhəmiyyətlidir. Özünüzə inanaraq sona qədər meydanın hər qarışı üçün döyüşün və sonda meydanı qalib kimi tərk edin!”

12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail