"Qalatasaray" azarkeşləri boykota hazırlaşır

25.09.2013 | 4120 dəfə oxunub

Fatih Terimin işinə son verilməsi "Qalatasaray"lı fanatları özündən çıxarıb. Stadium.az xəbər verir ki, dünən Terimin Tarabyadakı evinin qqarşısını kəsən, təcrübəli mütəxəssisə sevgisini nümayiş etdirən və ən əsası rəhbərliyi istefaya səsləyən fanatlar böyük boykota hazırlaşırlar. Belə ki, fanatlar bu həftə Superliqanın növbəti turu çərçivəsində "Çaykur Rizəspor"a qarşı keçiriləcək matçı boykot etmək qərarına gəliblər. Oyuna gedilməməsi haqda qərar qəbul edən fanatlar artıq sosial şəbəkələrdə də təbliğata başlayıblar. Mikro bloq üzərindən #boykot ederik, #FatihTerimGeriDönsün, #Rəhbərlikistefa, #ÜnalAysalİstefa, #BizimləQalİmparatorFatihTERİM mesajları ilə fanatlar 60 yaşlı mütəxəssisə sevgilərini nümayiş etdiriblər. Ən fəal fanatlar isə Terim uğrunda sonadək mübarizə aparacaqlarını qeyd ediblər. Azarkeşlər həmçinin tvitterdə öz səhifələrindəki fotolarını Terimin şəkilləri ilə əvəzləyiblər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail