"Xəzər Lənkəran": 5 aydan sonra 75-ci qələbə

24.09.2013 | 4970 dəfə oxunub

“Xəzər Lənkəran” səfərdə qələbəsiz oyunlar seriyasına son qoyub. Stadium.az xəbər verir ki, Premyer Liqanın VII turunun oyununda Bakıda AZAL-ı 3:1 hesabı ilə məğlub edən “ağ-yaşıllar” 169 gündən sonra rəqib meydanında 3 xal qazanıb. Sonuncu dəfə aprelin 6-da “Kəpəz”i 2:1 hesabı ilə yenən komandamız ötən çempionatın 25-ci turundan sonra səfərdə qələbəyə həsrət idi. Ötən çempionatın son 3 səfər matçını da, cari mövsümün ilk 3 rəqib meydanındakı oyununu da qələbəsiz başa vuran “Xəzər Lənkəran” ölkə kubokunun yarımfinal görüşü və 2 avrokubok görüşünü də rəqib meydanından qələbəsiz dönmüşdü. Bu 9 oyunluq seriyada 3 heç-heçəsi olan Con Toşakın yetirmələri 6 dəfə uduzmuşdu.
 
AZAL üzərində qələbə həm 169 günlük seriyanı dayandırdı, həm də klub tarixində yubiley – 75-ci səfər qələbəsi oldu. Belə ki, bu matçadək 74 qələbəsi olan “Xəzər Lənkəran” 171-ci dəfə rəqib meydanına çıxmaqla yubiley uğuruna nail idi. Bu 75 qələbədən 59-u çempionat, 15-i Azərbaycan kuboku, 1-i Avropa Liqasına təsadüf edib.
 
Bu dəfəki 3 xal Con Toşakın rəhbərliyi altında 2-ci səfər qələbəsidir. 75 belə nəticədən 30-u Ağasəlim Mircavadov, 17-si Rasim Kara, 9-u Mirça Rednik, 4-ü Viktor Pasulkonun baş məşqçiliyi vaxtına təsadüf edib. Nazim Süleymanov, Cüneyt Biçər, Yunis Hüseynovun hərəsi ilə 3, İqor Ponomaryovla 2, Karles Bakes və Emin Quliyevlə 1 səfər qələbəmiz var.
 
Tarixi səfər qələbələri:
 
1-ci 19.09.2004 Karvan (Yevlax) - Xəzər Lənkəran – 0:1 (çempionat)
25-ci 02.12.2006 Bakılı (Bakı) - Xəzər Lənkəran – 0:3 (kubok)
50-ci 11.11.2009 Muğan (Salyan) - Xəzər Lənkəran – 0:1 (kubok)
75-ci 22.09.2013 Azal (Bakı) - Xəzər Lənkəran – 0:1 (çempionat)

 “Xəzər Lənkəran” ötən tur 100-cü ev qələbəsini qazanmışdı. Ümumilikdə isə 181 dəfə qalib gələn komanda daha 6 dəfə neytral meydanlarda sevinib.

lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail