"Sonadək anlamadım, niyə referi məhz belə addım atdı" Müsahibə

23.09.2013 | 4748 dəfə oxunub

“İnter”in gürcüstanlı müdafiəçisi Laşa Salukvadze klubun saytına müsahibəsində “Bakı” ilə matç (2:2) barədə təəssüratlarını açıqlayıb, görüşün bəzi mübahisəli epizodları barədə danışıb və digər suallara cavab verib. Həmin müsahibəni təqdim edirik:

- Laşa, “Bakı” ilə matç kifayət qədər mürəkkəb alındı. Oyun haqqında fikirlərinizi bilmək istərdik.

- Anlayardıq ki, bizə məğlub olmaq olmaz. Komanda turnir cədvəlində son yerdədir və bu vəziyyət xal toplamağa zərurət yaradırdı. Hakimlik barədə danışmaq istəmirəm, lakin qapımıza 11 metrlik cərimə zərbəsinin və ikinci qolun vurulmasına gətirib çıxaran mübahisəli anlara toxunmaya bilmərəm. Buna baxmayaraq, oyun çox əzmkar alındı. Biz uzun müddət hesabda geridə qaldıq, lakin hesabı bərabərləşdirə bildik. Oyunun sonundasa önə keçmək üçün şansımız da oldu.

- İkinci buraxılmış qolla bağlı epizod, həqiqətən də birmənalı deyildi. Yanxətt hakimi rəqibin qaydanı pozduğunu göstərdi, lakin matçın baş hakimi topu “Bakı”ya verdi və qaydanın siz tərəfdən pozulduğunu göstərdi.

- Bəli, məhz belə oldu. Yanxətt hakimi mənə qarşı qaydanın pozulduğunu görərək bayrağı qaldırmışdı, amma həmin epizoda yanxətt hakimindən daha uzaq olan baş hakim bunun əksini göstərdi. Onun fikrincə, qaydanı məhz mən pozmuşdum. Yanxətt hakimi həmin epizodu daha yaxşı görmüşdü və baş hakimin nəyə görə başqa qərar qəbul etməsi mənə aydın deyil. Mən sonadək anlamadım, niyə referi məhz belə addım atdı.

-Yeri gəlmişkən, bu, sizin ilk turda aldığınız zədədən sonra ilk oyununuz idi. Meydana qayıtmaq çətin olmadı?

- Etiraf edim ki, çətin idi. Mən hələ sonadək formamı  yığmamışam. Oyunun gedişində müəyyən ağrılar hiss edirdim və məhz buna görə də matçın sonunda səhvə yol verdim. Ancaq inanıram ki, növbəti oyunlarda özümü daha yaxşı hiss edəcəyəm və komandaya kömək edə biləcəyəm.

- “Bakı” ilə matçda “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze özündə üç mərkəz müdafiəçisini ehtiva edən taktiki düzülüşü seçmişdi. Bu sxemə uyğun davranmaq necə idi?

-Bir qədər qeyri-adiydi, axı biz bir-birimizi yüz faiz tanımırıq, ancaq hesab edirəm ki, növbəti oyunlarda qarşılıqlı anlaşma daha yaxşı olacaq. Baş məşqçi necə oynamağı daha yaxşı bilir. O, belə oynamağın zəruri olduğunu hesab edirsə, deməli, belə taktiki sxem bizə daha çox fayda verəcək.

- Mövsümün startı “İnter” üçün çox uğursuz alındı. Komanda çətin vəziyyətdən çıxmağı və turnir cədvəlinin yuxarısında öz yerini tapmağı bacaracaqmı?

- Biz bu vəziyyətdən mütləq çıxacağıq. “İnter” həmişə yüksək yerlər uğrunda mübarizə aparır və irəlidə belə də olacaq. Sadəcə futbol elədir ki, belə uğursuzluq seriyaları olur və heç kim bundan sığortalanmamışdır. Komandamız mütləq özünü tapacaq və azarkeşlərini sevindirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail