"Startda həyəcanlı idim, amma sonradan..."

22.09.2013 | 4137 dəfə oxunub

Premyer Liqasının VII turunun “Rəvan”la qarşılaşması (3:0) “Qəbələ”nin gənc futbolçusu Müşfiq Teymurovun cari mövsümdə debütü ilə əlamətdar oldu. Stadium.az xəbər verir ki, start heyətində meydana çıxıb əvəzlənmədən 90 dəqiqə oyunda olan 20 yaşlı müdafiəçi Yuri Syominin rəhbərliyi altında ilk qarşılaşmasını keçirdi.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Teymurov ötən ay əvəzedicilərin çempionatında keçirilən 5 turun hamısında 90 dəqiqə forma geyməklə əsas komandanın məşqçilərinin diqqətini cəlb etmişdi. Hələ ötən turun AZAL-la səfər oyununda əsas komandanın sıralarında olan Teymurov “18-liy”ə daxil edilsə də, meydana çıxmamışdı. Bu dəfə isə o, mövsümdə ilk dəfə əsas komandada meydana çıxdı.

Bu qarşılaşma 20 yaşlı müdafiəçi üçün əsas komandada ümumilikdə 5-ci oyun oldu. Arxa xətt oyunçusu ötən mövsüm 3 çempionat və 1 kubok qarşılaşmasında şans qazanmışdı. Premyer Liqada ötən il oktyabrın 27-də debüt edən Müşfiq “qırmızı-qaralar” evdə “Turan”a 0:1 hesabı ilə məğlub olan vaxt 90 dəqiqə meydanda olmuşdu. Bundan sonrakı 3 görüşdə isə müdafiəçi sonradan meydana daxil olub. Ötən il noyabrın 28-də “Qaradağ-Lökbatan”la matçın (2:0)  71-ci dəqiqəsində meydana çıxan futbolçu Azərbaycan kubokunda debüt edib.  Bu il aprelin 13-də “Bakı” ilə evdəki matçın (1:1) 72-ci dəqiqəsində, 8 gün sonra isə “Neftçi” ilə səfər oyununun (1:2) 87-ci dəqiqəsində meydana çıxıb.

"Rəvan"la matçın ardından fikirlərini gabalafc.az-la bölüşən Müşfiq startda həyəcanlı olduğunu, amma sonradan həyəcanı üzərindən atmağı bacardığını deyib. Müdafiəçi ona güvəndiyinə görə baş məşqçi Yuri Syominə təşəkkürünü bildirib: "Hər zaman əsas komandanın heyətinə düşmək üçün var gücümlə çalışmışam. "Rəvan"la matçda bu şans mənə verildi. Startda həyəcanlı idim. Amma biraz vaxt keçdikdən sonra matçın tempinə uyğunlaşdım, həyəcanı üzərimdən atdım. Necə oynadığım barədə fikir bildirməyim düzgün olmaz. Bu barədə məşqçilər heyəti qərar verəcək. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Gələcək oyunlarda da şans verilərsə, bacarığımı ortaya qoymağa hazıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail