Terim günahkarları cəzalandırdı

20.09.2013 | 4340 dəfə oxunub

Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsində İspaniya Madrid “Real”ına 1:6 hesablı məğlubiyyətin günahkarlarını cəzalandırıb.

Lent.az-ın “Hurriyet”ə istinadən xəbərinə görə, 60 yaşlı mütəxəssis Emmanuel Ebue, Dani Nunkeu, Orelyen Şedju və Burak Yılmazı “Beşiktaş”la Türkiyə Superliqasının VI tur matçında oynatmayacaq.

F.Terimin fikrincə, bu futbolçular “kral klubu” ilə oyunda meydana nəzarəti tezliklə əldən veriblər. O, sağ cinahda ümidləri doğrultmayan Ebueni əksərən ehtiyatda qalan Sabri Sarıoğlu ilə əvəzləyəcək. Müdafiənin mərkəzindəki Dani – Şedju duetinin yerinə Semih Kaya – Gökhan Zan cütlüyü oynayacaq.

Baş məşqçinin “Real”la qarşılaşmada bəyəndikləri də olub. Terim Albert Rieraya bu mövsüm ilk dəfə Superliqa matçında səlahiyyət verəcək. Riera sol cinahda çıxış edəcək. “Real”a vurulan yeganə qolun müəllifi Umut Bulut isə “Beşiktaş”la matçda Didye Droqbanı əvəzləyəcək. Yeni transfer Bruma da ilk dəfə start heyətində yer alacaq.

Qeyd edək ki, sentyabrın 22-də İstanbuldakı Atatürk Olimpiya stadionunda keçiriləcək “Beşiktaş” – “Qalatasaray” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail