Mendi: "Liderliyə yüksəlmək üçün qələbələrimizi sıralamalıyıq"

19.09.2013 | 5477 dəfə oxunub

"Çox zəngin və yaxşı futbolçulardan ibarət heyətimiz var. Hamı öz üzərində səylə çalışır. Kollektivdə rəqabət mövcuddur. Mən də bir futbolçu kimi oynamaq, komandama kömək etmək istəyirəm. Bununçün daim öz üzərimdə işləyirəm, oyundan oyuna daha yararlı olmağa çalışıram". Stadium.az xəbər verir ki. bu sözləri sabah Premyer Liqanın VII turu çərçivəsində baş tutacaq "Qəbələ"-"Rəvan" oyunu öncəsi "qırmızı-qaralar" futbolçusu Viktor Mendi söyləyib. Mövsümə uğurlu start verən və arxada qalan 6 matçda 3 dəfə fərqlənən Mendi klubun rəsmi saytına verdiyi açıqlamada uğurunu gələcək matçlarda davam etdirəcəyinə inandığını bildirib. Hücumçu ötən tur debüt edən Daniel Subotiç və "Rəvan" matçı ilə bağlı fikirlərini də açıqlayıb: "Çempionata startımızı normal saymaq olar. Hazırda 3-cü pillədəyik və liderlə bizi yalnız 1 xal ayırır. Liderliyə yüksəlmək üçün qələbələrimizi sıralamalıyıq. Bu hədəfə çatmaq üçün mən də hücumçu kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. İnanıram ki, qollarımın ardı gələcək. AZAL-la matçda hücumçumuz Daniel Subotiç debüt etdi. Əslində Subotiçlə uzun zamandır birlikdə məşq edirik. Amma rəsmi görüşdə ilk dəfə ötən həftə birlikdə oynamaq qismət oldu. Daniel çox güclü futbolçudur. Debütü uğurlu alındı. Onunla oyunumuz da yaxşı alınır. O, qolları ilə hələ qarşıdakı oyunlarda komandaya çox kömək edəcək. O ki qaldı "Rəvan"la matça, sözügedən qarşılaşmaya ciddi hazırlaşmışıq. Düzdür, rəqibimiz turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Lakin buna fikir vermirik. Bütün oyunlara eyni ciddiyətlə yanaşırıq. Başqa cür yanaşma mənfi nəticlərə gətirib çıxara bilər. İnanıram ki, qalib gəlib uğurlu çıxışımızı davam etdirəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail