Məmmədov 8-ci kapitan oldu, "Qarabağ" və "Qəbələ" ilə oyunlardan danışdı

17.09.2013 | 4534 dəfə oxunub

"Rəvan” Premyer Liqanın 6-cı turunda "Qarabağ” ilə üz-üzə gəldi. "Bayıl” stadionunda keçirilən qarşılaşmada komandamız qələbəni son anda əldən verdi. Stadium.az klubun saytına istinadən xəbər verir ki, 1:1 hesablı bərabərliklə başa çatan oyunda diqqətçəkən məqamlardan biri də Novruz Məmmədovun kapitan sarğısını qoluna keçirməsi oldu.

23 yaşlı müdafiəçi Ramazan Abbasov və Rəşad Abdullayevin yoxluğunda sarğını qoluna taxmışdı. Belədə Məmmədov cari mövsüm komandanı kapitan kimi meydana çıxaran 3-cü futbolçu oldu. Daha öncə məhz Abbasovla (3 oyun) Abdullayev (2 oyun) fərqlənmişdi.

Ümumilikdə isə Novruz Premyer Liqada "Rəvan”ı kapitan kimi meydana çıxaran 8-ci futbolçu oldu. Elitada 70 oyun keçirmiş komandada buna qədər Miloş Zeçeviç (49 oyun), Tural Axundov (10), Ramazan Abbasov (4), Əkrəm Hodziç, Rəşad Abdullayev (hər ikisi 2), Davud Kərimi və Nodar Məmmədov (hər ikisi 1) oyuna "sarğı” ilə başlamışdı.

Premyer Liqada ilk dəfə kapitan olmaq şərəfinə layiq görülmüş Novruz Məmmədov məsələ ilə bağlı klubun rəsmi saytına danışıb. Buna qədər "Muğan” I divizionda oynayarkən kapitan olmuş "21” nömrə bunları deyib: "Mənim üçün də bir qədər gözlənilməz oldu. Yəqin məşqçilər vaxtilə bu komandada oynamağımı nəzərə alıb "sarğı”nı mənə etibar etdilər. Ramazan Abbasov və Rəşad Abdullayev oynamırdı deyə, mən seçildim. Bizim əsas kapitanımız bəllidir - Ramazan Abbasov. Sadəcə, o və vitse-kapitan meydanda olmadığından bu məsuliyyətli iş mənə həvalə olundu. Əlbəttə, kapitanlıq sarğısı məsuliyyəti və təqyiqi artırır. Amma çalışdım ki, bunun mənə təsir etməsinə imkan verməyəm. Sadəcə, öz oyunumu oynayırdım. Onsuz da hər oyuna məsuliyyətlə yanaşmaq borcumuzdur. Bütün komanda işə məsuliyyətlə yanaşır”.

Məmmədov "Qarabağ”la oyunla bağlı fikirlərini də bölüşüb: "Çətin oyun olacağını bilirdik. Axı "Qarabağ” kimi güclü komandaya qarşı mübarizə aparırdıq. Əlimizdən gələni etdik. Son dəqiqələrdə qol buraxmağımız isə çox üzücü oldu. Bu məqama əsasən 2 xal itirdiyimizi söyləyə bilərəm. Amma ümumən oyuna görə qənaətbəxş nəticə əldə etdik. Sadəcə, 1:0 olsaydı, lap əla olardı”.

Sonda Novruz "Qəbələ” ilə qarşıdan gələn matçla bağlı danışıb: "Məncə, "Rəvan” artıq özünə gəlib. Biz hər keçən oyunda daha yaxşı oynayırıq. Bu ənənəni Qəbələdə də davam etdirmək niyyətindəyik. İndi çempionatda hər oyun çətin olur. Son 2 oyundakı kimi mübarizə aparmalıyıq. Hər halda, mütləq meydanda sona qədər döyüşmək lazımdır. Ümidvaram ki, Bakıya sərfəli nəticə ilə dönəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail