Rusiya millisində ciddi itki

17.09.2013 | 4428 dəfə oxunub

Rusiya milli komandasının və “Zenit” klubunun futbolçusu Roman Şirokov 3 həftəyədək sıradan çıxıb. Stadium.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Terek”lə ölkə çempionatı matçının ilk yarısında qasıq nahiyəsindən xəsarət alıb. Nəticədə Şirokov əvəzlənməli olub. Tibbi müayinədən sonra onun Çempionlar Liqasında İspaniya “Atletiko”su və Avstriya “Austriya”sı, Premyer Liqada isə “Rostov”, “Krılya Sovetov”, “Spartak” və “Tom”la görüşlərdə “Zenit”ə kömək edə bilməyəcəyi müəyyənləşib. Təcrübəli oyunçunun oktyabrın 11-də Lüksemburq, bundan 4 gün sonra isə Bakıda Azərbaycan millisi ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarında iştirak edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, Roman Şirokov Rusiya yığmasının ötən il oktyabrın 16-da Moskvada Azərbaycan millisi ilə keçirdiyi ilk görüşdə qələbə topunun müəllifi olub. O, 84-cü dəqiqədə komandamızın qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib – 1:0.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail