Fərrux İsmayılov: “Məşqlərə cırıq ayaqqabı ilə gedirdim” Müsahibə

17.09.2013 | 9313 dəfə oxunub

"Mən futbolçu olanda...” rubrikasının bu dəfəki qonağı yaxın keçmişimizin tanınmış futbolçusu, millimizin keçmiş üzvü hazırdaRəvanda məşqçi kimi çalışan Fərrux İsmayılovdu. Düzü Fərruxla 2 həftə əvvəl, onun ad günü ərəfəsində görüşmək istəyirdim. Amma müəyyən səbəblər üzündən görüşümüz alınmadıBir qədər gec olsa da onunla söhbətimizi təqdim edirəm. Daha doğrusu Fərruxun öz dilindənmən futbolçu olanda...”

 Qısa tanışlıq

Fərrux İsmayılov – 1978-ci avqustun 30-da Qərbi Azərbaycanın Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub. Futbolda ilk addımlarınıEhtiyat Əmək Qüvvələricəmiyyətində Hüseyn İsmayılovun rəhbərliyi altında atıb. 1996-2010-cu illərdə müxtəlif vaxtlardaDinamo”, “Neftçi”, “Karvan”, “Qarabağ”, “Olimpik”, “Qəbələ”, “Muğan”, “Volın” (Ukrayna), “Sanat Naft” (İran) komandalıranda çıxış edib, 100-ə yaxın qolun müəllifi olub. Yığma komandamızda 35 oyunda forma geyinib, 5 dəfə fərqlənib. Ailəlidi, 2 qızı, 1 oğlu var.

Uşaqlıq illəri...

Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olmuşam. Atam keçmiş futbolçu olub. 80-ci illərdə GəncəninDinamokomandasında oynayıb. Bəlkə futbol qanımızda var. Uşaq vaxtlarından futbola hədsiz həvəsim var idi. 4- sinifə kimi kəndimizdə təhsil almışam. O vaxt hər məktəbin, hər sinifin komandası var idi. Hətta bir dəfə komandamız rayon birinciliyində ikinci yeri tutub. Yaxşı yadımdadı, həmin oyunda erməni məktəbinə qarşı oynayırdıq. Əsas vaxt 1:1 hesabı ilə başa çatmışdı. Oyunsonrası penaltilərdən uduzduq. Komandanın kapitanı idim, penaltini mən vura bilməmişdim. Lap Bacco kimi (gülür).

Bütün günümüz məktəbin stadionunda keçirdi. Hətta elə olurdu ki, dərsdən evə getmirdik, birbaşa futbol oynamağa qaçırdıq. Stadion kəndimizdən bir qədər aralı idi. Kimsə evdən yeməyə nəsə gətirirdisə, onu bir neçə yerə bölüb toxtanırdıq. Suyu arxdan içirdik. Tərli köynəyimizdən süzüb. Birə onda ayılırdıq ki, şər qarışıb. Evə məcburiyyət qarşısında gedirdik. Qaranlıqda oynamaq olmurdu axı...

Kəndimizdə stadiona cavabdeh olan Aydın adında bir nəfər var idi. Hərdən bizə top verirdi. Amma havayı yox. Kəndlər arasında oyun olurdustadionu çızlayırdıq, qapının torunu salırdıq. Bir sözlə zəhmətimizin qarşılığında bizə top verirdi. Həmin topla xeyli futbol oynayırdıq. Çırılanda isə əlacımız qalmırdı. Ya tikməli, ya da yenidən Aydına ağız açmalı idik.

Məktəbdə ən yaxşı komanda biz Atəşgilin (Atəş Sultanovkeçmiş idman jurnalisti- red.) komandası hesab olunurdu. Onlar bizdən yaşca böyük olmalarına baxmayaraq, çox vaxt uduzurdular. Bir dəfə sözü bir yerə qoyub qərara gəldik ki, əsl futbolçular kimi özümüzə forma alaq. Rayon mərkəzinə gedib forma tapdıq. Dayım kənd klubunda işləyirdi. Gecə vaxtı klubun nəfəsliyindən içəri keçib köynəklərin arxasına rəqəmlər yazmışdıq. Səhəri gün təsəvvür etməzsiniz ki, qədər sevinirdik. Özümüzü əsl futbolçu kimi hesab edirdik. Bəs necə, nömrəli köynəklərimiz vardı.

köçkün həyatı haqqında

Ermənilərlə münaqişə başlayanda hamı kimi bizim ailə ev-eşiyimizdən didərgin düşdü Tovuzun Girzan kəndində məskunlaşdıq. Yarım il orada qaldıq. Tovuzda da dinc durmurduq. Kənd uşaqlarını yığıb futbol oynamağa aparırdıq. Hətta bir dəfə futbol oynayarkən zəlzələ baş verdi. Torpaq elə bil ayağımızın altından qaçırdı. Sonra Bakıdan ev aldıq köçdük paytaxta. İlk vaxtlar maddi vəziyyətimiz həddən artıq pis idi. Elə olurdu ki, məktəbə, ya da məşqə altlığı qopmuş ayaqqabı ilə, özü pay-piyada gedirdim. Metroya verməyə belə pul yox idi. Köçkün düşməyimizə baxmayaraq, futbola olan həvəsim ölməmişdi. Məhləmizdə bir oğlan dedi ki, yaxınlıqdakı stadionda futbol komandası var. Həmin stadion indikiSarı gəlinşadlıq evinin yerində yerləşirdi. Evdən narazılıq etdilər ki, yolpulu, ora veriləsi 3 rubl pulumuz yoxdu. Həqiqətən yox idi. Buna baxmayaraq, başladım məşqlərə getməyə. Hüseyn İsmayılovla ilk tanışdığım o vaxtdan başlayıb. Çox gözəl insan idi, həm uşaq psixologiyasına yaxşı bələdiydi. Həmin məşq etdiyimiz stadion asfaltdan idi. İndiki kimi şərait yox idi. Məşqə gedib-gəlmək bir yana, Hüseyn müəllimə verməli olduğum 3 manatı haradan tapacağımı bilmirdim. Məcbur olub işləməyə başladım. Səhər dərsə, oradan isə məşqə gedirdim. İşə düzəlmişdimavtomobil dayanacağında közətçinin köməkçisi kimi. Gecələr isə orada işləyirdim. Qazancım ancaq futbolun pulunu düzəltməyə çatırdı. Sonradan atam bildi işdən çıxartdı. Dedi ki, lazım deyil sənin qazancın, pulu özüm birtəhər verərəm.

Məni Hüseyn müəllim futbolçu eləyib

Bir ara futboldan uzaq duşmuşdum. Uşaqları Orenburqaturnirə getmişdilər. Məni aparmadılar. Hüseyn müəllimdən incik düşdüm. Başladım karate ilə məşğul olmağa. Pis döyüşmürdüm. Hətta bir dəfə hansısa birincilikdə 2-ci yeri tutmuşdum. Üstündən xeyli vaxt keçəndən sonra hiss etdim ki, atam yenidən futbola qayıtmağımı istəyir. Düzü əvvəl onu başa duşə bilmədim. Amma sonradan aydın oldu ki, rəhmətlik Hüseyn müəllim təsadüfən atamla qarşılaşıb mənim futbola qayıtmağımı istəyib. isə... Qayıtdım futbola. Həmişə demişəm, Allah Hüseyn müəllimə rəhmət eləsin. O olmasaydı, indi kim bilir axırım necə olacaqdı. Məni futbolçu eləyən, bu səviyyəyə çatdıran Hüseyn müəllim olub.

Peşəkar futbolda ilk addımları

İlk klubumNaxçıvanolub. Hüseyn müəllim yaratmışdı. Adına ona gərə belə qoymuşdu ki, bəlkə naxçıvanlı adamları kömək göstərələr. Amma köməklik demək olar ki, yox dərəcəsində idi. Komanda 1-ci dəstədə çıxış edirdi. Çox gözəl heyətimiz vardı. Əsasən 16-17 yaşlı futbolçulardan qurulmuşdu. Sonradan uşaqların əsgərlik yaşı çatdığına görə komandanın adını dəyişibQartal-95” qoydu. Bir il sonra isəPolis Akademiyasıilə birləşdik beləcəDinamoyarandı. “Dinamoda 3 il oynadım. Əvvəl komanda o qədər güclü deyildi. Tanınmışlardan təkcə Emin Quliyev bizdə oynayırdı. Amma sonradan komandaya xeyli təcrübəli futbolçular gəldi –  Novruz Əzimov, Yaşar Vahabzadə, Vəli Hüseynov, Şahin Diniyev, Nazim Əliyev. Novurz müəllimlə Yaşar müəllimə indiyə kimi minnətdaram. Futbolun çox incəliklərini mənə öyrətdilər. Məşqdən sonra mənə futbolun bəzi şeyləri başa salırdılar. Nazim Əliyevlə hücumda birgə çıxış edirdik. Əla tandem idik. Onun hesabına 17 qol vurdum, səhv eləmirəmsə Vidadi Rzayevlə bombardir olduq. Nazim müəllim demək olar ki, bütün mübarizələri udub mənə ötürmə verirdi. Qalırdı qol vurmaq. “Dinamoda bir dəfə 2-ci yeri tutmuşduq. İlk medalımı qazanmışdım. Hətta UEFA Kubokunda da oynadıq.

1998-ci ildə hərbi xidməti başa vurdum Əhməd Ələsgərov məniNeftçi dəvət elədi. 2 il orada çıxış elədim. “Neftçi olanda da çempionluq sevinci yaşaya bilmədim. 2-ci yeri tutduq. Nəsə çempion olmaq qismətimdə deyildi. 5 dəfə gümüş medalları qazanmışam – 2 dəfəNeftçi, hərəyə 1 dəfə isəDinamo”, “KarvanOlimpik. İlk legionerləriNeftçi görmüşəmStukas, Kalfa, Poşexontsev yaxşı futbolçular idi. O vaxt Tərlan Əhmədov, İqor Getman, Bəxtiyar Musayev bizdə idi. 2002-ci ildə futbol dağıldı. Məcbur olub getdim İrana.

İranda...

Neftçi bizimlə bir yerdə oynayan Poşexontsev məni Kamal Quliyevi Ukraynaya çağırmışdı. Düzü, əvvəlLadailə razılaşdığımdan ora getmək istəmədim. Kamal Quliyev Samir ƏliyevləVolına getdiMənsə Tolyatti komandası ilə müqavilə imzaladım. Ancaq transfer vərəqim hələ gəlməmişdi. Heç axıra kimi gəlmədi. Bilmirəm niyə, AFFA-dan göndərmədilər. O vaxt Fuad Musayev məndənNeftçi qalmağımı istəyirdi. Razılaşmadım, transfer vərəqimi götürüb üz tutdum İrana. Müslüm adında bir azərbaycanlı menecer var idi. “Neftçi oynayanda mənə bir neçə dəfə İranda oynamağı təklif etmişdi. Hər dəfə istəməmişdim. Azərbaycanda futbol dayananda, həm Ladavariantı düzəlməyəndə futbolsuz qalmamaq üçün razılaşdım. Dekabr ayı idi. Yadımdadı, Bakıya möhkəm qar yağmışdı. Hətta aeroportda uçuşlar ləğv olunmuşdu. Təsəvvür edin ki, ertəsi gün birdən-birə şaxtalı havadan 50 dərəcə istisi olan bir yerə getdik. Abadan İraqla sərhəddə yerləşir. Ora İlham Yadullayevlə birgə yollanmışdıq. 1-2 məşqdən sonra bizi komandaya götürdülər. Pis pul da vermirdilər. Orada yarım ildə aldığımı Bakıda 2 ilə qazana bilmirdim. Özü yerli camaat futbolla nəfəs alırdı. Vay o günə ki, evdə uduzaq. Meydançaya daş-kəsək dolu kimi yağırdı. Udanda isə olurduq əsl qəhrəman. Şəhər balaca idi, həm darıxdırıcı. Hamı dini qanunlarla ilə oturub-dururdu. Maraqlı bir şey yox idi. şəhərdə, televiziyada. İsti bir yandan. Əsgərlər kimi günlərimi sayırdım. “Sanat Naftda oynadığım oyunların sayını xatırlamıram, amma vurduğum qollar yadımdadı – 5 dənə. Hətta o da yadımdadı ki, biriniSepahanda oynayan erməni qapıçıya vurmuşdum. Axırıncı turda isə bir qədər biclik işlətdim. Çempionatın bitiminə 1 tur qalmış səfərdə oynayırdıq sarı vərəqə limitim dolurdu. Qəsdən xəbərdarlıq aldım ki, evdəki oyunu buraxım. Birdən uduzub-eləyərik. Gəl indi azarkeşlərdən canını qurtar. Həqiqətən uduzduq. İlham deyirdi ki, ağıllı tutubsan. Az qala bizi birtəhər edəcəkdilər. Hətta həmin oyundan sonra komanda yoldaşımızı evinin qarşısında bıçaqlamışdılar. Yaxşı ki, ölməmişdi. İlk dəfə dolu tribunaları İranda görmüşəm. Bizim azarkeşlərlə fərqləri çoxdu. “Sanat Naftı o qədər çox istəyirdilər ki, komandayaBraziliyadeyirdilər.

İranda bir məşqçimiz var idiSadiqi. Heç vaxt özünə, geyiminə fikir vermirdi. vaxt baxsan üst-başı toz-torpaq idi. Bir dəfə İlhamla yığmanın oyunundan qayıdırdıq. Birdə hiss etdim ki, kimsə bizə baxır. Kostyum-qalstukda, səliqəli geyinmiş bir nəfər bizə salam verdi. İlhamdan soruşdum ki, bəs bu kimdi. Deyəsən, İranda futbol oynamamış məşhurlaşmışıq. Dedi ki, tanımadın? Məşqçimizdi . Görün bu insan məşqlərdə gündə olurdusa,kostyumda tanıya bilmədim.

Ukraynada legioner həyatı

İrandan canımı qurtarandan sonra üz tutdum Ukraynaya. Təlim-məşq toplanışından sonra baş məşqçi Vitali Kvartsyanı məni bəyəndi. İlk oyunum KiyevDinamosuna qarşı olub. Maraqlıdır ki, transfer vərəqim oyunun gedişində gəlib çıxdı 2-ci hissədə meydana çıxdım. Həmin oyunu 5:1 uduzmuşduq. Amma növbəti matçda qələbə qazandıq. Hətta qol da vurmuşdum. “Volında cinah yarımmüdafiəçisi mövqeyində çıxış edirdim. Bu da mənə sərf etmirdi. Amma Kvartsyanı fikrindən dönmürdü.

SizəTavriyailə oyundan danışım. 86- dəqiqədə cərimə meydançasında qaydanı pozdum qapımıza penalti təyin olundu. Həmin oyunu mənim ucbatımdan 0:1 uduzduq. Kvartsyanı yaralı şirə dönmüşdü. Bizə azərbaycanca danışmağa belə qadağa qoymuşdu. Deyirdi ki, bəlkə məni söyürsünüz. Ümumiyyətlə, Kvartsyanı çox zəhmli məşqçi idi. Həmişə ağzındangül yağırdı”. Amma bizimlə işi yox idi. Mentalitetimizə bələd idi. isə... Günahkar idim deyə səsimi çıxarmırdım. Növbəti oyuna iki gün qalmış könlümü aldı. Qəddar olduğu qədər yaxşı insan idi.

Yenidən Vətənə dönüş

Volında düz-əməlli oynaya bilmədim. Millinin Bakıdakı oyununa gələndə avtomobil qəzasına düşdüm. Zədələnmişdim, psixoloji durumum pozulmuşdu. Həm orada qalmaq istəmirdim. Mənə təklif etdilər ki, komanda ilə müqaviləmi artırım. Yoxsa alacağım var idi, onu verməyəcəkdilər. 19 mindən imtina eləyib müqaviləni artırmadım. Ukraynada çempionat təzə başlayırdı, bizdə isə qurtarırdı. Şahin Diniyev məniQarabağa dəvət elədi. Bu insana çox şey borcluyam. Qəzadan sonra hələ özümə gələ bilməmişdim. Futbolu atmaq istəyirdim. Şahin müəllim əlimdən tutub meydançada uşaq kimi gəzdirirdi. “Qarabağda  az oyunda iştirak etmişəm. Bayaq dediyim kimi, çempionatın axırı idi. Sonradan Şahin müəllimi İqor Ponomaryov əvəzlədi. Həmin mövsüm komanda UEFA Kubokuna vəsiqə qazanmışdı. Polşa klubu ilə matça da oynadım. Həmin vaxtQarabağda maliyyə problemləri var idi. Həm həmin ərəfədəKarvandan dəvət aldım. İqor Anatolyeviç gedişimə mane olmadı. Halbuki, “Qarabağla müqaviləm başa çatmamışdı. Ümumiyyətlə, Ponomaryov həmişə futbolçunun tərəfində olan bir məşqçi idi. Həmişə futbolçunun problemləri ilə maraqlanır, hər şeyin onun istəyi ilə olmasına çalışırdı.

Karvan”...

Yevlaxdakı dövr futbol həyatımın ən gözəl günləri idi. Yaxşı komandamız var idi. Hər yerdə bizə hörmət qoyurdular. Yevlaxda futbolu çox sevirdilər. Orada xeyli dost qazandım. İndi əlaqə saxlayırıq. “Karvanda Zaur Ramazanovla tandem təşkil edirdik. Səhv eləmirəmsə, gümüş medalları qazanan ili birlikdə 40-a yaxın top vurmuşduq. Həmin mövsüm sonuncu oyunu TovuzdaTuranla oynayırdıq. Matç 0:0 hesabı ilə başa çatdı. Udsaydıq, çempion olacaqdıq. Sonradan ZaurXəzər Lənkərana keçdi. Həmin illər komandada xeyli təcrübəli futbolçular var idiTərlan Əhmədov, Kamal Quliyev, Dmitri Kramarenko, Elxan Həsənov... Heyf o komandadan. Karyeram ərzində çox qollar vurmuşam. Onlardan ikisi mənə daha əzizdi ki, birini millidə Serbiyanın qapısından keçirmişəm, digərini isəKarvanda oynayarkənNeftçi vurmuşam. Məkan Nəsirov sağ cinahdan asma etdi, Zaur başı ilə topa azacıq toxundu. Cərimə meydançasının xətti üzərində topu sinəmlə saxlayıb qayçı zərbəsi ilə qapıdan keçirdim. Qapıçı da kim olsa yaxşıdı? Hüseyn Məhəmmədov. Hüseyn ən çox bəyəndiyim qapıçılardan biri olub. Elə bilpişikidi. Ona qol vurmağın başqa ləzzəti var idi. Hələ mənDinamoda oynayandaQusi” “Kəpəz idi. O vaxt ona penaltidən qol vurmuşdum. Bir həftə sevincimdənuçurdumki, Hüseyni məyus etmişəm.

 ...”Neftçi”...

2006- ildə Ramin Musayev baş məşqçisi Qurban Qurbanov  təklif etdilər ki, “Neftçi qayıdım. Mövsümün ilk yarısında 5 qol vurdum. Hücumda Nadir Nəbiyevlə birgə çıxış edirdim. İkinci dövrədə isə əsasən ehtiyatda qalırdım. Məcbur olub keçdimOlimpikə. Həmin mövsümNeftçi” 2-ci oldu. Dördüncü dəfə gümüş medal...

Məsləhət gördülər ki, futbolla vidalaşım

Olimpik baş məşqçi Əsgər Abdullayev idi. Məni komandaya o çağırmışdı. İlk dövrədə əsas heyətdə idim demək olar ki, bütün oyunlarda iştirak etdim. İkinci dövrədə Samir Musayev komandaya qoşuldu. Yaxşı rəqabət üçün əsas var idi. Amma zədələndiyimdən qalan oyunlarda Samir əsas heyətdə meydana çıxırdı. Onun  komandaya çox xeyri dəydi. “OlimpikKarvanda olduğu kimi son oyunda qalib gəlsəydi, çempion olacaqdı. Amma qismətimdə çempionluq yox imiş. Bu dəfə ikinci yer, bu dəfə gümüş medal... “Olimpikdən ayrılmağımı heç yaddan çıxarmıram. Müqaviləm başa çatandan sonra klub rəsmilərindən heç kim mənə adicəsağ olda demədi. Səssiz-səmirsizQəbələ keçdim. Hələ yaxşı formada idim. Amma 3- turda ayağım sındı mövsümü demək olar ki, boşa verdim. Qəbəlilərlə müqaviləm başa çatmışdı hiss edirdim ki, yenisini təklif etməyəcəklər. Həmin ərəfədəMuğanın baş məşqçisi Kamal Alispahiç məni təlim-məşq toplanışına çağırdı baxışdan sonra müqavilə bağladım. Birinci dövrəni əsasən ehtiyatda otururdum, oyuna sonradan daxil olurdum. Amma Alispahiçin gedişindən sonra komandaya baş məşqçi Bəhman Həsənov gəldi. Alispahiçin köməkçisi Xurtiç isə ikinci məşqçimiz oldu. Bəhman müəllimin vaxtında artıq əsas heyət oyunçusu idim. Çempionatın bitiminə az qalmış dizimdə problemlər baş qaldırdı. İndiQəbələ işləyən Rəhim Məhərrəmov məsləhət gördü ki, futbolla vidalaşım. Çünki, yenidən əməliyyat olunmaq, bərpa kursu keçmək xeyli vaxt aparacaqdı. Həm artıq 32 yaşım var idi. Rəhimin məsləhətinə qulaq asdım əlvida peşəkar futbol həyatı...

Qismət elə gətirdi ki, indi Rəvanda Bəhman müəllimlə birgə çalışıram. Bir-iki kəlmə Rəvanhaqda danışmaq istəyirəm. Gənc komandamız var, amma bir qədər təcrübə çatmır. Düzü, çempionata da pis start vermişdik. Amma son iki turda uşaqlar özlərini toparlaya bildilər. Bunu əminliklə söyləyirəm, vaxt gələcək bütün komandalarRəvandan çəkinəcəklər. Çox uzağa getməyək, ikinci dövrədə tamamilə başqa komanda görəcəksiniz.

Millidəki karyerası haqqında

Millidə 30-dan çox oyun keçirmişəm. İlk dəfəDinamoda oynayanda Olimpiya yığmasına dəvət almışam. Orada oynaya-oynaya keçdimNeftçi. Millidə isə ilk oyunumu Gəncədə Gürcüstana qarşı keçirmişəm. Komandaya Vaqif Sadıqov rəhbərlik edirdi. Həmin oyun yoldaşlıq görüşü idi 1:0 qalib gəlmişdik. Yeganə qolu Emin Ağayev vurmuşdu.

Bir epizod heç yadımdan çıxmaz. Slovakiya ilə evdə qarşılaşırdıq. Olimpiya yığmasının heyətində çıxış edirdim. Birinci hissədən sonra məni əvəzlədilər. Düzü, pis oldum ki, niyə məni çıxarırsınız. Dedilər ki, belə lazımdı, hazırlaş sabah əsas millidə oynayacaqsın. Elə oldu. Ertəsi gün ikinci hissədə meydana çıxdım.

Azarkeşlərin yadında əsasən Serbiyaya vurduğum qolla qalmışam. Həmin oyundan sonra məni yekəxanalıqda günahlandırırdılar. Deyirdilər ki, guya həmin qolu tullanaraq yox, elə-belə vura bilərdim. Boş qapı idi . Amma vəziyyət heç onlar fikirləşən kimi deyildi. Həmin vaxt bilmirdim ki, arxamda müdafiəçi var ya yox. Bir saniyənin içərisində beynimdən min fikir keçdi ki, necə vurum. Özümü sığortalamaq üçün tullanıb başla topa toxundum. Hələ yaxşı ki, çərçivəyə düşə bildim (gülür). Sonuncu dəqiqədə komandaya qələbə qazandırmaq gözəl hissdi.

Finlandiyaya cərimə zərbəsindən vurduğum qol da pis alınmayıb. Amma həmin görüşü uduzmuşduq. Söhbətin əvvəlində qeyd etmişdim ki, hələDinamoda oynayanda Novruz müəllim, Yaşar müəllim mənə cərimə zərbəsini necə vurmağı öyrətmişdilər. Bəhrəsini illər sonra gördüm.

Bir maraqlı faktı da qeyd edim. Qəzaya düşən vaxt İtaliya ilə səfərdəki oyun ərəfəsində idi. İtalyanlarla oyundan sonra Bakıya qayıtmayacaqdım. Yollanmalı idim birbaşaLatsionun düşərgəsinə. Məni ora baxışa çağırmışdılar. Çox güman ki, komandaya götürəcəkdilər. Amma qismət olmadı. Bəlkə onda İtaliyada olsaydım, indi hər şey başqa cür idi.

Amma yenə naşükürlük etmirəm. Futbolda qazandıqlarıma görə Allahımdan çox razıyam. Özümə, ailəmə babat şərait düzəltmişəm. Bəlkə uşaq vaxtı Hüseyn müəllimin təkidindən sonra futbola qayıtmasaydım... Adam heç fikrinə belə gətirmək istəmir.

Kaş ki, kəndimiz heç sərhəddə yerləşməyəydi

Sonda bir nüansa toxunmaq istəyirəm. Doğulduğum Ləmbəli kəndi Gürcüstanla sərhəddə yerləşir. Aradan ancaq bir çay axır. Tez-tez həmin yerə gedib Gürcüstan tərəfdən kəndimizə baxıram. Kəndimiz, uşaq vaxtı futbol oynadığımız stadion aydın görünür. Adama çox ağır gəlirnecə olur ki, bir neçə metrlikdəki doğma kəndinə ayaq basa bilmirsən? Kaş ki, kəndimiz heç sərhəddə yerləşməyəydi.

Söhbətləşdi: İlqar TAĞIYEV, "Het-trik news"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail