Sebastyan Kastro-Telyo: "1 xal qazanmadıq, 2 xal itirdik"

16.09.2013 | 5038 dəfə oxunub

"Qarabağ”ın necə güclü kollektiv olduğunu hamı bilir. Ancaq biz görüşə çox yaxşı köklənmişdik. Oyunöncəsi tapşırıqları yaxşı dərk etdiyimizdən rəqiblə bərabər mübarizə apardıq". Stadium.az xəbər verir ki, bu sözləri Sebastyan Kastro-Telyo deyib. Klubun rəsmi saytına danışan çili əsilli futbolçu "Qarabağ"la matçda 2 xal itirdiklərini bildirib: "Düzdür, onların qol imkanları çox oldu. Ancaq əsas nəticədir. Bütün komanda yaxşı mübarizə apardığından sonda xalsız qalmadıq. Son dəqiqələrdə qol buraxdığımızı yada salanda çox üzülürəm. Qələbəyə çox yaxın idik. Hətta deyərdim ki, 2 xal itirdik, nəinki 1 xal qazandıq. Ancaq yenə də nəticə gələcək üçün nikbinlik vəd edir. Bu uğurlu nəticələrin ardını gətirməyə çalışacağıq. Nəticələrimə görə sevinirəm. Amma əsas olan şey komandanın qələbə qazanmasıdır. Düzdür, hər dəfə qol vurduqca, məhsuldar ötürmələr verdikcə özünəinamım xeyli artır. Bununla belə, komanda uğuru hər şeydən öndə gedir. Çalışacağıq ki, növbəti oyunlarda da ən azı bu matçda olduğu kimi mübarizə aparaq. Belədə nəticə də özü gələcək. Artıq yeni futbolçular komandaya demək olar, tam uyğunlaşıb. Tədricən hər şey qaydasına düşəcək. Hər yeni oyunda daha yaxşı oynayırıq. Ümid edirəm ki, bu davamlı olacaq və öz oyunumuzu tapdıqdan sonra yüksək yerlər uğrunda mübarizəyə qoşulacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail