UEFA reytinqində "Qarabağ" Azərbaycan klubları üçün əlçatmazdı

12.09.2013 | 4349 dəfə oxunub

UEFA qitə klublarının 2013/14 mövsümü və son beş mövsüm (2009/10, 2010/11, 2011/12, 2012/13 və 2013/14) üçün reytinq cədvəllərini açıqlayıb. Stadium.az xəbər verir ki, cari mövsümdəki çıxışa görə Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 237 komandanın yer aldığı siyahıda 43-cüdür. Digər təmsilçilərimizə gəldikdə isə “Neftçi” 74-cü, “Xəzər Lənkəran” 119-cu, “İnter” 120-ci pillədə qərarlaşıb. Amma bu yekun siyahı deyil. Çünki qitə kuboklarında qrup mərhələsinin oyunları start götürdükdən sonra reytinqdə yerdəyişmələrin olacağı dəqiqdir.

Son beş mövsümün nəticələrinə əsasən hazırlanan siyahıda da Azərbaycan klubları arasında “Qarabağ” liderdir. Qurban Qurbanovun komandası 453 komanda arasında 189-cu yeri tutur. "Neftçi" 199-cu, “İnter” 276-cı, “Bakı” 279-cu, “Xəzər Lənkəran” 299-cu, AZAL 377-ci, “Simurq” isə 379-cu yeri tutur.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail