BOYKOT: AFFA-nın Lənkəran səfərini boykot edək

SİFTƏ BİZDƏN, DƏSTƏK SİZDƏN

26.05.2011 | 3662 dəfə oxunub

AFFA-nın rəsmi saytı xəbər yayıb: AFFA mayın 31-də, saat 18:00-da, Lənkəran şəhər Mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu işıqlandırmaq istəyən KİV nümayəndələrini Lənkərana aparır.

rnrn

Sizi (hörmətli (hörmətsiz yox a) həmkarları nəzərdə tuturam) bilmirəm, şəxsən bəndəniz bunu istəmir. Səbəb nədir? AFFA-nın iki və yaxud da çox üzlülüyü. Məsələ ondadır ki, milli komandaların yoldaşlıq və ya tsikil oyunlarında federasiyadan heç vaxt belə xəbər çıxmaz. Aylarca əvvəlcədən məlum olur ki, millinin səfər oyununa hansı qəzetdən və saytdan (TV-ləri bura qatmıram) kimlər seçmə komanda ilə səfərə aparılacaq. Düzdü, gedənlər arasında reytinqi olan KİV nümayəndələri də var, amma məsələnin məğzi tamamən başqadır. AFFA bir qayda olaraq, səfərə ya özlərinin «əl buyruğu» olan jurnalistləri, ya da maliyələşdirdikləri qəzet və saytın əməkdaşlarını aparırlar. O jurnalistlər də milli ilə səfərə getməkdə yığmanın oyununu işıqlandırmaq üçün yox, aylar əvvəlcə gedəcəkləri ölkədə tanış olduqları qızla bara getmək üçün alışıb yanırlar. Daimi olaraq mili məğlub olduğundan, onlara da işıqlandırmalı bir şey qalmır. Və vaxt gedir şəhəri gəzməyə, əylənməyə. Axı facebook-da yerləşdirməyə çoxlu şəkillər də lazımdı...

rnrn

 Bəs Lənkəranda nə var? Buna söz yox, Lənkəran ölkəmizin dilbər guşələrindən biridir və hamımız da dəfələrlə Cənubun bu şəhərində olmuşuq. Amma indi qəliz məsələ yaranıb, mili ilə səfərə getməkdən ötrü «dəridən qabıqdan çıxanlar» yoxa çıxıb və AFFA Lənkərana U-21-     in oyununu işıqlandırmağa jurnalist axtarır. Tapmadığından, hələ bir yekə (tərəkəməcə desəm, dızıx) elan da verib. Zəhmət çəkin, xaricə kimləri aparırdız, tutun qulağından, dartıb salın avtobusa, aparın Lənkərana.

rnrn

Görüntü olsaydı, sizə bir barmaq göstrərdim. Amma sözlə yazmaq da olar. Ey, AFFA, 5 barmağının hər tərəfdən ikisini sal aşağı, ortada qalanını da verdim sənə!..

rnrn

Vüsal GÖZƏLOV (Stadium.Az saytının direktoru)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail