"Simurq" Gürcüstanda hazırlıqlara başlayıb

07.09.2013 | 4187 dəfə oxunub

Milli komandanın DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasındakı yaranmış fasiləni dəyərləndirmək üçün Gürcüstana təlim-məşq toplanışına gedən "Simurq", artıq dünən səhər saatlarında Tiflisə çatıb. Stadium.az xəbər verir ki, ilk məşqinə də çıxan Zaqatala təmsilçisi, saat yarımdan artıq davam edən ilk hazırlıq prossesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinləri yerinə yetirib. Üç qrupa bölünərək “kvadrat” oynadıqdan sonra, taktiki tapşırıqlardan ibarət ikitərəfli oyunla hazırlıq tamamlanıb.

Qapıçılar Pavel Kapsa, Amil Ağacanov isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı məşq edib. 

Sentyabrın 10-na qədər qonşu ölkənin paytaxtında qalacaq “Simurq” burada bir yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Bundan sonra vətənə qayıdacaq "Simurq" Premyer Liqanın VI turu çərçivəsində keçiriləcək “Sumqayıt”la oyunun hazırlıqlarına başlayacaq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail