"Lans"
klubunun prezidenti Jerve Martel Fransada səfərdə olan "Bakı"nın U-15
komandasının son məşqini izləyib. Stadium.az xəbər verir ki, hazırlıq prosesindən
sonra açıqlama verən Martel qeyd edib ki, "Bakı"nın futbolçuları "Lans"ın formasını geyə
bilər: "Hafiz Məmmədov ölkəsinin futbolu üçün gözəl təlim-məşq bazası
yaradıb. O, hətta "Atletiko" (Madrid) və "Porto"
klublarıyla da razılığa gəlib. Biz bir və ya iki gənc azərbaycanlı futbolçunun
burada qalmasını təmin edəcəyik. "Bakı" klubunun baş məşqçisi Milinko
Pantiç də gənc futbolçuların "Lans"da oynamasına böyük üstünlük
verir. Təbii ki, bu belə də olmalıdır. Düşünürəm
ki, bu lahiyə iki ay sonra öz bəhrəsini verəcək. Sadəcə, hər şeyin qaydasına
düşməsi üçün bir qədər vaxt lazımdır. "Lans"ın çempionata yaxşı
başlaması da məni sevindirir. Hafiz Məmmədovun gəlişi komandaya dinamiklik və
ruh yüksəkliyi verib. Bu da bizim sakit işləməyimizə şərait yaradıb. Hafiz Məmmədov
komandanın nəticələrini yaxından izləyir".