Millət vəkili: “İsraildə yaşayan qubalılar Azərbaycan yığmasına azarkeşlik edəcək”

06.09.2013 | 4264 dəfə oxunub

“Mənim üçün həm Azərbaycan, həm də İsrail millisi əzizdir. Hər iki komandadan çox gözəl oyun gözləyirəm. Arzu edirəm ki, görüş dostluq şəraitində keçsin və qonşularımız baxıb paxıllıq etsinlər”. Bu fikirləri Lent.az-a açıqlamasında millət vəkili, Azərbaycan - İsrail parlamentlərarası münasibətlər üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib.

Əslən dağ yəhudisi olan Abramov sentyabrın 7-də Ramat-Qan şəhərində iki ölkə yığmaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçını stadiondan izləyə bilməyəcəyini söyləyib. Millət vəkili səbəb kimi hazırda Qubada seçiciləri ilə görüşlər keçirməsini göstərib. Amma o, hazırda İsraildə yaşayan qubalı yəhudilərin millimizə azarkeşlik edəcəklərini vurğulayıb: “Hamımız istərdik ki, Azərbaycan millisi qələbə qazansın. Amma futbolda qələbəni qazanan azarkeşlər yox, komanda olur”. 

Qeyd edək ki, sabah keçiriləcək İsrail - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail