Foqts: "Bunda mənim günahım yoxdur"

06.09.2013 | 4733 dəfə oxunub

"Oyuna istədiyimiz kimi hazırlaşa bilmədik. Futbolçular yoğrundular. Bu səbəbdən də 2 gün az məşq etdik". Stadium.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransı keçirən almaniyalı mütəxəssis yenə də min bir bahənə gətirib. Foqts mümkün uğursuzluğu sığortalamaq üçün "Xəzər Lənkəran"dan da nümunə gətirib: "Komanda yorğun olduğundan dünən cəmi 1 məşq keçdik. Amma bunda mənim günahım yoxdur. İsrail güclü rəqib olduğundan bu oyuna yaxşı hazırlaşmalıydıq. "Xəzər Lənkəran"ın "Makkabi"yə qarşı necə oynadığını gözəl bilirsiniz. Bununla belə özümüzə güvənirik. Yaxşı oynaya bildiyimizi Bakıda sübut etdik. İsraildə yaxşı qarşılandıq. Bilirəm ki, rəqibin 12 futbolçu legioner həyatı yaşayır. Komanda xüsusən də hücum xəttində güclüdür. Rusiyaya qarşı oynadığımız kimi çıxış etsək, uğur qazanmaq üçün yaxşı şansımız var. Bura uduzmağa gəlməmişik". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail