Böyükağa Hacıyevin 40 yaddaqalan sözü
Böyükağa
Hacıyev, gəldi, tarix yazdı və getdi... Ardıcıl iki dəfə Azərbaycan çempionu
oldu, ölkə kubokunu qazandı və ən əsası Avropa Liqasının qrup mərhələsinə
komanda çıxardı... Və builki məlum “Skenderbeu” oyunlarından sonra baş məşqçi
postundan istefa verdi.
Böyükağa
Hacıyev işlədiyi dönəmdə sakit durmadı. Daim diqqət mərkəzində qaldı və sözünü
hər kəsə açıq şəkildə dedi... Hətta Ramin Musayevə də canlı-canlı müharibə elan
etdi... Elə sözlər deyirdi ki, həftələrlə müzakirə olundu. Razılaşaq ki, onun
gedişindən sonra Azərbaycan futbolunun duzu-istiottu da qurtarıb...
Belə məqamda
onun dediyi vacib cümlələrə nəzər salmağın yeridir. Böyükağa Hacıyevin 40 seçmə
cümləsini təqdim edirik.
1. Mən
Jabanı komandama götürmərəm. Çünki o, işlənmiş kartdır.
2.
Naxçıvanda iki futbolçu tanıyırlar. Bunlar Pele və Böyükağa Hacıyevdir.
3. Sadıq
Sadıqova sən öl vurdum və siqareti atdım.
4.
Bernard Raaba kim demişdi ki, arının pətəyinə çöp soxsun?
5.Mourinyo
ilə müqayisə olunmağım normal haldır. Amma onda müəyyən çatışmazlıqlar var. Mən
futbol oynamışam, o isə yox.
6. Saat
23.00-da “Neftçi”dən gələcək şad xəbəri gözləyin.
7.
Böyükağa Hacıyevi öldürmək olar, sındırmaq olmaz.
8. Yaşar
Seyidov sadəcə gəvəzədir!
9. Gəray
Qarayevi dinləyəndə ürəyim bulanır. Vaxtı ilə stadiona gübrə verib, indi gəlib
futboldan danışırr.
10. Orda
nəinki penalti, “poslednıy nadejda foul” kimi qırmızı vərəqə də vardı.
11.
“Neftçi”ni çempion etməsəm, gözləmərəm kimsə mənə get desin, özüm gedərəm.
12.
Röyaya 24 saat yorulmadan qulaq asaram.
13.
Karles Bakes ölkəmizdə qonaqdır.
14.
Rednik mənimlə oyuna nənəsini çıxardı. Mənim babam isə sonradan çox insafsız
olub ona 5 dənə vurdu.
15. Həmin
insanlarla gecə saat 3-də görüşməyə hazıram
16.
Denis Silva oynamadı, atdım eşiyə.
17. Belə
getsə, Rəşad Sadiqov mənim yanımda oturacaq.
18. Fərid
Quliyev “Standard”da bombardir olduqdan sonra mənə yaxınlaşdı ki, Böyük müəllim,
yenə bombardir olmaq istəyirəm. Dedim Fərid bəzən həyatda təsadüflər də olur.
19.
“Neftçi”dən futbolçu kimi 5 dəfə təklif almışam, heç birini qəbul etməmişəm.
20. Biz
sabah qəlbimizdə olan türk bayrağı ilə meydançaya çıxacağıq. Və mən APOEL-in 20 min azarkeşini “Neftçi”li edəcəyəm.
21.
Gördüm Aleksandr Starkov mənim oyunuma baxıb qeyd götürür, məni görəndə isə
kağızı gizlədir. Dedim brat, bu, hələ başlanğıcdır, kino çempionatda olacaq.
22.
"Neftçi" bu gün İtaliya "İnter"inə uduzub. Fələstinə,
Hindistana uduzmamışam ki, məni tənqid edəsiniz...
23.
Kaxaber Sxadadzeyə dedim ki, cavansan, bu qədər emosianal olma.
24.
“Standard”a məğlubiyyətdən sonra (əslində həmin oyun heç-heçə başa çatıb - 1:1
- stadium.az ) “Bakı”nın baş məşqçisi postundan qaçış cığırında istefa vermişəm.
25.Bütün
dünyanı gəzmişəm. Çox yeməklər yemişəm. Amma anamın əriştə aşı ilə daş köftəsinin
yerini heç nə vermir.
26.
“Neftçi” bu gün 2-7-1 taktikası ilə oynayır.
27. Öz
postumu Mehman Allahverdiyevə məcmeyidə verməyə hazıram.
28.
Soyadım Hacıyev yox, Haciyevski olsaydı məni alqışlayardınız.
29. Mənim
“Neftçi”m artıq ölüm maşınıdır.
30. Bu
gün iki oğlumu unudub 28 oğlumun arxasınca qaçıram.
31.
Oğlumu ona görə evləndirmirəm ki, 20 ildən sonra arvada əl vuranda elə bil,
soyuducuya toxunursan.
32. Gəl
bu gün səninlə Azərbaycanın neft strategiyasından, regionda maraqlarından
danışaq.
33. Mən
ancaq əcnəbi məşqçiləri diz çökdürmək üçün yaşayıram.
34. Bu
gün “Xəzər Lənkəran”a Yunis Hüseynov rəhbərlik edir. Mən onun oturduğu gəmiyə
heç vaxt daş atmaram.
35.
Redniki hələ də unutmuram. Onu yuxularımda görürəm, aşkar da görüşmək istərdim.
36.
Sadıq Sadıqova dedim ki, sizə desələr ki, zəif içki içir, inanma. Zəif
çayxanada oturub, boş-boş danışır, inanma. Əgər desələr ki, zəifin yanında bir
gözəl xanım var, buna inan.
37.
Kaxaber Sxadadze mənim sinif yoldaşım olub.
38.
“Bakı” klubunda elə adamlar var ki, mənim getdiyim yeri qılınclayır.
39.
Nizamini, Füzulini səhərə qədər oxuyaram, amma doymaram.
40. Mən
İqor Mitreskini bağışladım və onun cavanlığını özünə qaytardım.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |