«Vurulan» və «vurulmayan» fiqur - YAZI

26.05.2011 | 4800 dəfə oxunub

Dəqiqrnməlumat: AFFA-da çevrilişrnolmayacaq! Birdəfəlik! Fuad Musayevin vaxtı deyil!

rnrn

O zamanlar getdi. Çoxdan gedib. Getməyən bəzi adamlardı ki, futbolda lövbər salıb. Gələnə çəpik çalıb, gedənə təpik atırlar. Çox deyil. Az da deyillər. Müəyyən qruplardı. Onlardı ki, bir-birlərini yerə sərmək üçün fürsəti qaçırmazlar. Qladiator sayırlar özlərini. «Mən niyə üzdə olmayım» deyib, altdan-altdan iş çevirirlər. Bu iş çevirənlərin əsl kimliyi çox az kəsə məlumdu, bilənlər də səsini çıxarmır. Ki, «nəyimə lazımdı» deyə, düşünüb, ağızlarına su alırlar.

rnrn

Rövnəq Abdullayev 3 ildən artıqdı AFFA-nın prezidentidi. Bura yolu nə vaxt düşər, təsadüfdən-təsadüfə qapını açar. AFFA qalıb Elxan Məmmədovla Ramin Musayevin ümidinə. Baş katiblə Peşəkar Futbol Liqasının prezidentinin arası Çörçillə Stalinin münasibətlərindən fərqlənmir. İkisi də bir-birinə lazımdı, di gəl, ikisi də bir-birinin getməsini istəyir. Nüfuz savaşı pərdəlidi. Məmmədov AFFA-nın 4 mərtəbəli binasının 3 etajını artıq «özününküləşdirib», Musayev də onda olan qatdan «vurulmamaq» naminə hər çabanı göstərir. Bu çaba «Neftçi»nin çempionluğuna dəstək verməklə davam elədi ki, Abdullayevin yaxın çevrəsi ilə ilişkilərini bir balaca düzəltsin. 2003-də «Neftçi»də işləməyə başlayandan bəri bu şəxslərlə ulduzu barışmır.

rnrn

Yalan olmasın, 6 il əvvəl eşitmişdim ki, Sadıq Sadıqov kluba prezident keçə bilər. O vaxt Rövnəq bəy gözlənilən qərarı verməsə də, ilyarım öncə yaxın qohumunu arzulanan posta gətirdi. Arada itən illərdə «Neftçi»nin çempion ola bilməməsi indiki titulu şirin edir. Düz deyirlər, bir müddət keçəcək, hakimlərin, AFFA-nın, PFL-nın onlara köməyi tarixin yaddaşından silinəcək, qalmaqallı olayların üzərinə qayıdılmayacaq. Yavaş-yavaş hər şey unudulacaq. Unudulmayan? Olsa-olsa, Sadıqovun «Neftçi»də qalması.

rnrn

Müxtəlif dairələrdə və mətbuatın gündəmində olan məsələ onun AFFA-ya prezident təyin edilməsinə hazırlığın getməsidir. Bu ayın sonu, iyunun əvvəlinədək söz-söhbətlər tək qərarla nöqtələnəcək. Federasiya prezidentliyini ona tapşırsalar, PFL-ə nəzarət başqa ələ keçəcək. Kim olacağını dəqiq bilməsəm də, əminliyim var ki, qıraq biri olmayacaq. Sadıqovun adamından biri gələcək. Sənəd üzərində birbaşa AFFA-ya tabe komitələrə gəlincə, şübhə eləmirəm ki, islahat dalğası onları da «vuracaq». Qınına çəkilən Gülağa Cabbarovla «Neftçi»yə yarınmaqdan ötrü sinov gedən Xaqani Məmmədovu tanımamış olmaz. Kamran Ağayev deyib ki, «Neftçi»yə çempionluq kuboku verilən mərasimdə Xaqani klub rəsmilərinin başına dolanıb, sevinclərinə şərik olub, sonadək orda qalıb ki, ağıllarına başqa şey gəlməsin. Kamranın iddiasını ciddiyə almıram. Hakimlər Komitəsinə sədrlik edənin «Xəzər Lənkəran»ın qapıçısının dediklərini təkzib eləməsini də ciddiyə almıram. Xaqaninin atəşfəşanlıqda görünməsinə və ya özünü gözə soxmasına nə gərək var? Mövsümboyu «Neftçi»sevər hakimlərinin etdiyi biabırçı idarəçiliyə göz yummayıb, hələ bir malalamağa çalışıbsa, bu, hər şeydən üstündü.

rnrn

Sadıqov AFFA-nı nəzarətinə keçirsə, kiçik «fiqurlar»ın hamısını yola salacaq. Elxana - Məmmədova gücü çatacaqmı? Hə, baş katib asan aşırılası zat deyil. İki prezidentlə işləyən üçüncü rəhbərə də yaxınlıq tapar. Elxanın AFFA-ya gəlişi kimi, burda saxlanması da mənə qəribə gəlmir. Arxasında kim dayanıbsa, güclüdü, sözü keçir. Ciddi maliyyə yoxlamalarının getdiyi bu günlərdə baş katib gözə görünmür, kölgədə daldalanır.

rnrn

Bununla maliyyə yeyintilərinə yol verdiyini, fırıldaqlarının üstünün açıldığını demirəm. Amma heç eşitmədim ki, o, hardasa, hətta özünə yaxın sayt və qəzetlərin birində «Neftçi»ni çempionluq münasibətilə təbrik eləsin. Şübhə yaradan iki əsas da bu tərəfdə gizlənir. Ya özünə məlumdu ki, Sadıqov prezident kreslosuna əyləşsə, istənilən halda onu yanında saxlamayacaq. Ya da  bu günədək arxalandığı qüvvənin yeni rəhbərin dönəmində də kənara çəkilməyəcəyinə arxayındı. Biz bilməyən üçüncü səbəb varsa, çox keçməz, AFFA-ya prezident özü olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail