Qutman: "Məqsədimiz Azərbaycana qalib gəlməkdi"

04.09.2013 | 4022 dəfə oxunub

"Gözəl başa düşürəm ki, uğurlu nəticəyə imza atmaq üçün yaxşı şansımız var. Yalnız bir dəfə Rusiyaya uduzmuşuq. Azərbaycan və Portuqaliya ilə heç-heçə oynamışıq. Eləcə də 2 dəfə Lüksemburqu, 1 dəfə isə Şimali İrlandiyanı məğlub etmişik". Stadium.az xəbər verir ki, bu sözləri DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda yer alan İsrail yığmasının baş məşqçisi Eli Qutman deyib.

Qutman hazırda bütün fikirlərini sentyabrın 7-də millimizə qarşı keçirəcəkləri oyuna yönəltdiklərini bildirib: "Bundan artıq da xal yığa bilərdik. Evdə Rusiya, səfərdə isə Azərbaycanla keçirdiyimiz görüşdə daha uğurlu nəticəyə imza atmağımız mümkün idi. Rusiya və Portuqaliyaya qarşı keçirəcəyimiz ikinci oyunlarda xal qazancağımıza ümid edirəm. Amma indi yalnız Azərbaycanla matç haqda düşünürük. Çox istərdim ki, şənbə günü Azərbaycanla görüşdə stadion dolsun. Bilirəm ki, bütün ölkə bizi dəstəkləyir. Bizim də məqsədimiz Azərbaycana qalib gəlib, Rusiyaya tam gücümüzlə yollanmaqdır".

İsrail millisinin çalışdırıcısı yığmamızdan da söz açıb: "Azərbaycan millisini Berti Foqts çalışdırır. Rəqib heç də zəif deyil. Bakıda keçirilən ilk oyunda rəqib müdafiəçiləri hücumçularımıza rahat hərəkət etmək imkanı vermədilər. Rəqibin Rusiya və Portuqaliyaya qarşı keçirdiyi oyunları izləmişəm. Onblar favoritlərə əməlli-başlı başağrısı oldular. Portuqaliya yalnız 1 saatın tamamında qol vurmağa müvəffəq oldu. Rusiya isə son dəqiqələdə penalti qolu ilə sevindi. Odur ki, Azərbaycanı zəif rəqib kimi təqdim edənləri anlamıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail