Statistika: Ələkbərov 76-cı oldu
Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən
“İnter” - “Simurq” matçı bəzi statistik göstəricilərlə də yadda qaldı.
Stadium.az xəbər verir ki, matçın 31-ci dəqiqəsində “Simurq”un qapısını dəqiq hədəfə
alan "İnter"in gənc yarımmüdafiəçisi İlqar Ələkbərov “İnter”in Azərbaycan
Çempionatı oyunlarında qol vurmaqla fərqlənən sayca 76-cı futbolçusu oldu.
Bu mövsümdə bu siyahıya öncə Vaqif Cavadov, Ruslan
Əmircanov və Brüs Abdulaye daxil olmuşdular. Vaqif Cavadov bu mövsüm “İnter”in
heyətində birinci olsa da, Ruslan Əmircanov və Brüs Abdulaye komandada ötən ildən
çıxış edirdilər, amma Premyer Liqanın 2012-13-cü il mövsümündə qol vurmaqla fərqlənə
bilməmişdilər.
Qeyd edək ki, “İnter”in heyətində ən yaxşı bombardir
Xaqani Məmmədovdur, onun aktivində 28 qol var. Rəqibin qapısından 6 az top
keçirmiş futbolçu uruqvaylı Valter Quqlemondur. Baçana Tsxadadzenin avtivində
18, Robertas Poşkusun aktivindəsə 14 qol var.
Əlavə edək ki, 2004-cü ildən başlayaraq “İnter” 269
matç keçirib. 145 oyunda komanda qələbə qazanmış, 71 oyunda heç-heçə qeydə
alınmış və 53 qarşılaşma “İnter”in məğlubiyyətilə başa çatıb. Bu matçlarda "İnter"
377 qol vurub, qapısından 188 qol buraxıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |