Toşak Kasilyas və Beyldən danışdı

29.08.2013 | 4925 dəfə oxunub

Son vaxtlar dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olan 2 ulduz “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın kəşfləridi. Stadium.az xəbər verir ki, İspaniya “Real”ından ayrılması gündəmdə olan əfsanəvi qapıçı İker Kasilyas və kluba 100 milyon avroya keçdiyi iddia edilən Qaret Beylin üzə çıxmasında uelsli mütəxəssisin böyük xidmətləri var. Belə ki, 1999-cu ildə 18 yaşında “Real”ın əsas heyətində debüt edən İkeri həmin vaxt meydana məhz Toşak buraxmışdı. Bu səbəbdən ispaniyalı həmkarlarımız Kasilyası Madrid təmsilçisinə qazandıran mütəxəssisdən onun gedişinə münasibət öyrənib: “Kasilyası 18 yaşından tanıyıram. Bu qapıçının karyerası ərzində əldə etdikləri adi şey deyil. Mourinyo və Ançelotti kimi məşqçilər də onun uğurlarına kölgə sala bilməz. Kasilyası itirməklə, “Real” Ançelottidən daha dəyərli şeyi əldən verəcək. Düzdür, İkerin başqa kluba keçmək istəyini də başa düşürəm. Elə oyunçular var ki, karyerasını bitirməzdən əvvəl özü üçün yeni olan bir şeyi sınamaq istəyir. Raul və Quti də belə etmişdi”. 2006-cı ildə ilk dəfə Uels yığmasına çağırılan Beylə də həmin vaxt məhz Toşak dəvət yollamışdı. Bu oyunçunun da parlaması mütəxəssisin gözü qabağında olub: “Yaxşı yadımdadır, Braziliyaya 0:2 hesabı ilə məğlub olduğumuz matç Beylin karyerasında dönüş nöqtəsi oldu. Həmin matçı “Tottenhem”in seleksiyaçıları izləyirdi. Bu matçda Qareti bəyənən ingilislər sonradan onu transfer etməyə qərar verdilər. Gənc futbolçu da bundan sonra parladı”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail