"İşimiz meydançalarda bitmir"

29.08.2013 | 4471 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyası bir neçə gün öncə 2013-2014 mövsümünə start verdi. Stadium.az xəbər verir ki, 9 yaş qrupu üzrə komandalar artıq gündəlik məşqlərlə aşağı yaş qrupları üzrə çempionatlara hazırlaşırlar. “Qəbələ” Futbol Akademiyasının direktoru kimi ilk futbol ilinə başlayan Stenli Brardla söhbət zamanı bir sıra maraqlı məqamlara aydınlıq gəldi. Hollandiyalı mütəxəssis mövsümə əla start verdiklərini, hazırda komandaların komplektləşdiyini söylədi: "Mövsümə əla start verdik. Hər şey planlaşdırdığımız kimi davam edir. Artıq bütün komandalarımız bir neçə gündür ki, məşqlərə başlayıb. Qruplarımız məşqlərə yeni başladığından onlar haqqında hələ ki, ətraflı məlumata malik deyiləm. Komandalarımız komplektləşməkdədir. Akademiyamızda yeni futbolçular və məşqçilər var. Sentyabr ayı ərzində başqa yeni futbolçuların gəlişi də gözlənilir. Məşqçilərimiz səylə, ən əsası isə birlikdə yardımlaşaraq çalışırlar. Öncə də dediyimiz kimi bu bizim əsas hədəflərimizdəndir”.

Brard hazırda havaların isti keçməsi ilə əlaqədar olaraq məşqlərin səhər saatlarında keçirildiyini bildirdi. Akademiya direktoru yeni dərs ilinin başlamasından sonra məşq qrafikinin dəyişəcəyini dedi: “Məşqlərimizi səhər saatlarında keçirik. Hazırda futbolçularımız yay tətilindədirlər, yəni məktəbdən azaddırlar və bu da bizə səhərlər hazırlıq keçməyə imkan verir. Səhər saatlarında hava daha sərin olur, bu səbəbdən məşqlərimiz daha effektiv alınır. Yeni dərs ilinin startına kimi bu qrafiklə davam edəcəyik. Məktəblərin açılışından sonra isə qrafikimizi dəyişəcəyik. Məşqlərimizi əsas bazamızdakı meydançalarda və Böyük Əmili qəsəbə stadionunda keçiririk”.

Brard işlərinin  meydançalarda bitmədiyini, bütün akademiya heyəti üçün tez-tez müxtəlif səpkili toplantıların keçirildiyini bildirdi: “İşimiz təkcə meydançalarda məşqlər keçməklə bitmir. Futbolçu və məşqçi heyəti üçün müxtəlif mövzulu toplantılar təşkil edirik. Toplantılarda intizam qaydaları, psixoloji hazırlıq və infrastrukturdan düzgün istifadə barədə söhbətlər aparırıq”.

gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail