"Simurq" "İnter"lə oyunun hazırlıqlarını davam etdirir

28.08.2013 | 4484 dəfə oxunub

Premyer Liqanın beşinci turunda "İnter"in qonağı olacaq "Simurq" hazırlıqlarını "Bayıl Arena"da davam etdirir. Stadium.az xəbər verir ki, dünən növbəti məşqinə çıxan "Simurq" tam heyətlə çalışmalara başlayıb. Son hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri əsasən fiziki ağırlıqlı təmrinlər ibarət tapşırıqları yerinə yetirib. 

Məşqin əvvəlində gürcü mütəxəssis futbolçularını ətrafına toplayaraq onlarla ənənəvi qısa söhbət edib. Bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirilib. Bir saatdan artıq davam edən bu hazırlıq prosesindən sonra taktiki tapşırıqlardan ibarət ikitərəfli futbol oynanılıb. Məşqin sonunda isə cinahlardan asmalar və qapıya zərbələr yerinə yetirilib. 

Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı hazırlıqları davam etdirib.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail