"Rəvan"dan daha 2 transfer

28.08.2013 | 3872 dəfə oxunub

Transfer çalışmalarını davam etdirən "Rəvan” daha iki legioner futbolçunu heyətinə qatıb. Stadium.az klubun saytına istinadən xəbər verir ki, bunlar isveçli yarımmüdafiəçi Fredrik Holster və nigeriyalı forvard Musa Kabirudur. Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb. Qeyd edək ki, bir həftədən çox baxışda olan Holster indiyə qədər yalnız vətəni İsveçdə oynayıb. O, "Nyuköpinqs”, "Haken”, "Vesbyu Yunayted” və "Sundsvall” klublarının şərəfini qoruyub. Ölkəsinin U-17 və U-19 yığmalarında da oynayıb.

Nigeriyalı hücumçu M.Kabiru isə bu günə qədər  "Kaduna Yunayted" və son olaraq Misirin "Əl-Mokavlun Əl-Ərəb" komandasında forma geyinib. 27 yaşlı futbolçu ölkəsinin yığma komandasının heyətində Afrika Millətlər Çempionatında da iştirak edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail