"Simurq" məşqlərə başladı

26.08.2013 | 4423 dəfə oxunub

Premyer Liqanın IV turunda "Şəfa" stadionunda "Bakı"ya məğlub olan "Simurq" növbəti oyunun hazırlıqlarına start verib. Stadium.az xəbər verir ki, "Simurq" bir günlük istirahətdən sonra "Bayıl Arena"da bu gün ilk məşqinə çıxıb. İki saata yaxın davam edən hazırlıq prosesində baş məşqçi Georgi Çixradze yetirmələrini iki qrupa bölüb. Paytaxt təmsilçisi ilə görüşdə forma geyinmiş futbolçular komandadan ayrı çalışıb. Onlar yüngül məsafəli qaçış və isinmə hərəkətlərindən sonra məşqi tamamlayıb. Digər qrup isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında tapşırıqları yerinə yetirdikdən sonra, məşqin taktiki təmrinlərdən ibarət hissəsinə keçiblər. Baş məşqçi Georgi Çixradzenin nəzarəti altında künçlərdən asmalar və onların qapanması yerinə yetirilib. Sonda isə kiçik qapılarda ikitərəfli oyunla bu günlük hazırlıq tamamlanıb.  

Qeyd edək ki, Zaqatala şəhər stadionunun yenidənqurma işlərinin hələdə tamamlanmadığından komandamız oyunlara hazırlığı Bakıda keçirir. Sabahda "sarı-qaralar" növbəti məşqinə çıxacaq. "Simurq" yeni ayın ilk günündə Premyer Liqanın V turu çərçivəsində "Şəfa" stadionunda "İnter"in qonağı olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail