Fariz Məmmədov dördqat dünya çempionu ilə birgə hazırlaşacaq

26.08.2013 | 4731 dəfə oxunub

Ukraynanın Donetsk şəhərinin məşhur “Donbass Arena” stadionunda peşəkar boksçular arasında növbəti döyüşlər keçirilib. Qol.Az-ın məlumatına görə, WBA versiyası üzrə dünya kəməri və reytinq xarakterli döyüşlərin baş tutduğu boks şousunun fəxri qonaqları arasında ağır çəkili boksçular arasında keçmiş mütləq dünya çempionu Lennoks Lüis, “Union Boxing Promotion” kompaniyasının prezidenti Yuri Ruban, eləcə də azərbaycanlı peşəkar boksçu Fariz Məmmədov və s. da olublar. Döyüşlərdən əvvəl F.Məmmədovla “Union Boxing Promotion” kompaniyasının prezidenti Yuri Ruban arasında görüş keçirilib. Görüşdə F.Məmmədovun oktyabrın 26-da Londonda keçirilməsi nəzərdə tutulan WBO versiyası üzrə reytinq xarakterli döyüşünə hazırlıq məsələsi müzakirə olunub. Görüşün sonunda F.Məmmədov qarşıdakı döyüşə sentyabrın 23-dən oktyabrın 21-dək dünya çempionu Vyaçeclas Sençenko ilə birgə hazırlaşması qərara alınıb. Qeyd edək ki, V.Sençenko WBA versiyası üzrə dördqat dünya çempionudur. Y.Rubanın fikrincə, birgə hazırlıq hər iki boksçu üçün müsbət fayda verəcək. Yeri gəlmişkən, sentyabrın 21-də F.Məmmədovun Xarkov şəhərində də reytinq xarakterli döyüşü nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail